Close

MENYU

Tel.: (+994 12) 425-64-17
(+994 55) 409-89-99

Email:

Haqqımızda

"Agro-West" Şirkətlər qrupu Azərbaycanda fəaliyyət göstərən 5 şirkəti özündə cəmləşdirir:

  • "Agro-West" LLC : Fındıq istehsalı və eksportu
  • "Agro-West Limited" LLC : Xüsusi və yerli alma növlərinin becərilməsi və eksportu
  • "Agro-West Investments" LLC : Kənd təsərrüfatına investisiya yatırımı
  • "Rineva-Azerbaijan" LLC: Nəqliyyat və logistika xidmətləri
  • "Agro-West DC" LLC : Xarici ölkə məhsullarının və yerli istehsalçı müəssisə məhsullarının Azərbaycan təmsilçiliyi və dağıtımı

"Agro-West DC" şirkəti öz professional fəaliyyətinə 2013-cü ilin sonlarında başlamışdır.

"Agro-West DC" Şirkət qısa bir vaxt ərzində əhəmiyyətli inkişaf yolu keçərək məqsədlərinə çatmaq üçün əzmli olduğunu nümayiş etdirə bilib.

"Aqro-Vest DC" daim genişlənən yağ, pendir, şirniyyat, un məmulatları çeşidləri ilə istehlakçıların rəğbətini qazanıb. Bura "Makfa", "Komo", "Efko", "Yantar", "Azovskaya konditerskaya fabrika", "Alpengurd", "Nordex Food", "Tsaritsino", "Frieslandcampina", "Voronejrosaqro", "Lukas", "Sladosti Dona", "Tovarnoe Xozayctvo", "Posolstvo Vkusnoy Yedı", "Soçinskiy", "Vero Greco" kimi brendləri şamil etmək olar.

"Agro-West DC" zaman keçdikcə istehsalçılar üçün daha da maraqlı olur. Təsadüfü deyil ki, artıq bir çox istehsalçı şirkətlər, şirkətlə əlaqə qurur, öz məhsullarını məhz bu şirkətə etibar edirlər. Son bir il ərzində əməkdaşlıq edilən istehsalçı şirkət sayının 3 dəfə, brend sayının 10 dəfədən çox artması buna əyani sübutdur.

Hal-hazırda 13 ofis (1 mərkəz - Bakı, 1 subdistribyutor - Naxçıvan MR, 11 regional - Gəncə, Tovuz, Zakatala, İsmayıllı, Quba, Bərdə, Göyçay, Şirvan, Masallı, Lənkəran, Ağcabədi), müxtəlif rejimli 3 anbar, onlarla yük avtomobili, onlarla komanda üzvü ilə "Agro-West DC" insanlara xidmət göstərməkdədir. Məhsulun saxlanma və daşınma qaydalarına ciddi əməl olunur.

Bu gün şirkət bütün tükətim kanalları ilə işləməkdədir - marketlər, supermarketlər, hipermarketlər, topdanlar, otel, restoran və kafelər, ketrinq və s. Bu gün aktiv müştəri sayı minlərcədir.

Şirkət öz fəaliyyətində daim qabaqcıl texnologiyaları və idarəetmə üsullarını tətbiq edir.

Geniş əhatə, müştərilərlə əlaqənin keyfiyyətli qurulması, əməkdaşların proffesionallığı şirkətin uğurlu olmasını təmin edir.

Müştəri yönümlülük, uzunmüddətli və qarşılıqlı faydalılığa əsaslanan əməkdaşlıq, yüksək səviyyəli professionallıq "Agro-West DC" -in əsas iş prinsipləridir.

Yaxın gələcəkdə "Agro-West DC" Şirkəti Azərbaycanda ən böyük Ticarət-Loqistika Mərkəzinin açılışını planlaşdırır.

goychay-anbar

Uğurlu yerləşmə, bütün mal qrupları üzrə iqlim dərəcəsinin yaradılması, dəmir yolu girişinin olması buranı Cənubi Qafqazda analoqu olmayan bir mərkəzə çevirir.

Anbarın tutum imkanı eyni zamanda 7000 pallet mal saxlamağa imkan yaradır.

Bakı ətrafında - Lökbatan qəsəbəsində yerləşən, ucqar rayon və şəhərlərin fasiləsiz və sürətli malla təminatını həyata keçirtmək üçün yeni Paylayıcı Mərkəz inşa olunur.

UĞURLARIMIZ

emekdashligin-inkishafi

infrastruktur