Close

MENYU

Tel.: (+994 12) 425-64-17
(+994 55) 409-89-99

Email:

partners-maps

Partnyorlar

"Aqro-Vest" DC Şirkəti dünyanın 9 ölkəsindən 20 dən cox şirkət ilə əməkdaşlıq yaradaraq, bir neçə qrup istiqamətdə yüksək və ilkin tələbat ərzaq məhsullarının təmsil olunmasını uğurla inkişaf etdirir.

Təmsil olunmaqda keyfiyyətli yanaşma - Şirkətin əsas məqsədidir.

 

Hal-hazırda əməkdaşlıq etdiyimiz bəzi şirkətlər:

logo-kommunarka

"Yantar" əridilmiş pendiri resepturası hələ 1965-ci ildə Sovet İttifaqında işlənib hazırlanmışdır. Çoxumuz onun dadını uşaqlağımızdan tanıyırıq. "Yantar" əridilmiş pendiri xüsusi əridici duz əlavə edilməklə yüksək keyfiyyətli qursaq pendir, yağ və qaymaqdan hazırlanır.

 

logo-kommunarka

"Ukrainskaya sırnaya kampaniya" MMC muasir, yüksək texnoloji pendir istehsalçısı olan “Dubnomolko” İSC-nin tərkibinə daxildir. Şirkətin məqsədi milli istehsalçı kimi və Ukrayna pendir bazarının lideri kimi istehsalı və ixracatı artırmaqdır.

"Ukrainskaya sırnaya kampaniya" MMC müasir istesal sahəsi, stabil xammal bazası, peşakar personalı, özəl distribusiya sistemi, məhsul portfelinə güclü marketinq yanaşması olan bir şirkətdir. Şirkət Azərbaycanda "Komo" brendli məhsulları ilə təmsil olunur.

www.komo.ua/uk

 

logo-kommunarka

NORDEX FOOD şirkəti 1984-cü ildə təsis olunmuşdur.

NORDEX FOOD şirkəti Aralıq dənizi ətrafında olan ölkələrdən ənənəvi olaraq tədarük edilən ağ pendir isteshalında ixtisaslaşdırılan Daniya süd məhsulları şirkətinin özəl mülkiyyətidir.

Dairyland, Sütdiyarı, Taverna, Arkadia, Yeşilova kimi bizim brendlərimiz bütün dünyada tanınmışdır.

www.nordexfood.dk

 

"VoronejrosAqro" MMC -dinamik inkişaf edən süd məhsulları istehsalçısıdır.1996-cı ildə yaranan şirkət qısa müddət ərzində məhsullarının keyfiyyitilə istehlakçıların rəğbətini qazanıb. Yağlar, spredlər, kolbasnıy pendir və əridilmiş pendirlər istehsalı üzrə ixtisaslaşıb.

Azərbaycan alıcıları, "Yantar", "Voloqodskaya ekstra", "Burenkin Luq" kimi məhsullarını həvəslə istifadə edirlər.

vk.com/voronezhrosagro

 

logo-kommunarka

Andruşevskiy yağ-pendir zavodu 30 ildən çox müddət ərzində MDB ərazisində ən böyük olan yüksək keyfiyyətli pendir və ənənəvi Ukrayna kərə yağı istehsalçılarından biri kimi məşhurdur.

Zavod pendir və yağdan başqa yağsızlaşdırılmış quru süd və zərdab istehsal edir. Müəssisənin xüsusi iftixarı öz yüksək keyfiyyəti və çeşid müxtəlifliyi ilə özünü tanıtmış "Zolotava" TM məhsullarıdır.

www.amsz.ua

 

logo-kommunarka

"Efko" şirkətlər qrupu Rusiyanın ən qabaqcıl yağ istehsalçısıdır. Şirkət əsasən sənaye tipli istehsal etdiyi yağları şirniyyat, cörək və digər qida istehsalı sahələrində istifadə olunur. Bundan əlavə şirkət mayonez,ketçup və bitki yağları istehsal edir.

Şirkət Azərbaycanda "Sloboda", Daçnoe və "Altero" brendləri ilə təmsil olunur.

www.efko.ru

 

logo-kommunarka

"Tovarnoye Xozyaystvo" MMC Rusiyada günəbaxan yağı istehsalçıları bazarında 20 ildən çox tarixə malik və dinamik inkişaf edən müəssisədir. Mövcud olan günəbaxan emalı ilə bağlı texnoloji sxem ekoloji təmiz, keyfiyyətli günəbaxan yağın alınmasından ibarət əsas məqsəd nəzərə alınmaqla işlənib hazırlanmışdır. Domashnee, Leya, Dari povoljya, Saratovskoe, Podsolnecnoemaslo, Mirra.

www.tho.ru

 

logo-kommunarka

Biz Extra virgin oil soyuq sıxma zeytun yağını istehsal edirik. Həmçinin Azərbaycanda geniş tələbatı qazanmış Pomace əsaslı şaflaşdırılmış qarğadalı yağı ilə Blended yağı istehsal edirik.

 

belovejskie-siri

"Tsaritsino" şirkətlər qrupu 1970-ci ildə təsis olunmuşdur. "Tsaritsino" şirkətlər qrupu kolbasa və ət məhsullarının istehsalı ilə məşğul olan 3 zavoddan ibarət yüksək texnoloji müəssisədir. İstehsal edilən məhsullar çeşidi 500-dən çox adı əhatə edir.

www.tsaritsyno.ru

 

logo-kommunarka

Soçi ət kmbinatı 1937-ci ildən etibarən kolbasa məhsulları və ət delikateslərinin istehsalı sahəsində ixtisaslaşır. Yüksək peşəkarlıq səviyyəsi, geniş istehsal və texnoloji imkanlar, effektiv keyfiyyət menecment sistemi bir neçə on illər ərzində şirkətə Kransodar əyalətinin ət emal bazarında lider mövqesinin tutması üçün imakn verir. İstehsal edilən məhsullar çeşidi müntəzəm şəkildə təzələnir və 320-dan çox kolbasa və ət delikatesi növlərini əhatə edir.

www.sochimk.ru

 

logo-kommunarka

"Makfa" şirkətinin ilk makaron fabriki 1937-ci ildə fəaliyyətə başlayıb. Zavodun illik istehsal həcmi 180 min tondur. Şirkət dünyada ilk 5 makaron istesalçılarının siyahısına daxildir. Şirkət makaron istehsalı ilə bərabər un və dənli bitkilər istesalı ilə məşğuldur.

Azərbaycan bazarında "Makfa", "Grandi Pasta", "Smak" makaronları ilə, "Makfa" unları və "Makfa" brendi altınd dənli bitkilər ilə təmsil olunur.

www.makfa.ru

 

logo-kommunarka

Azov şirniyyat fabiriki Rusiyada ən iri kozinak, halva, Şərq şirniyyatı və təbii şirniyyat məmulatları istehsalçılarından biridir. Müəssisə tarixi iyirminci əsrin 90-cı illərin sonundan başlayır.

www.azovkf.ru

 

logo-kommunarka

"Lukas" isteshal ticarət şirkəti 1995-ci il də Kremençuq şəhərində (Ukrayna) ailə biznesi kimi təsis edilmişdir. "Lukas" TM məhsullarının çeşidinə 100-dən çox ad daxil edilir. Həmin məhsullar qat-qat, kövrək xəmiri, konfet və tortdan ibarətdir. Bütün şirniyyat məmulatları əsasən Ukrayna istehsalı olan yüksək keyfiyyətli xammaldan hazırlanır. "Lukas" TM qat-qat xəmirdən məhsul istehsalçıları arasında bir qabaqcıl şirkətdir. Bu, çeşidinde qat-qat məhsulların 18 adı olan yeganə Ukrayna istehsalçısıdır. Çox gözəl dad, yalnız davamlı keyfiyyət, xoşagələn xarici görünüş və münasib qiymət - məhz buna görə "Lukas" TM məhsulları nəinki Ukraynada, hətta onun hüdudlarından kənarda da tanınmış və sevimlidir.

www.lukas.ua

 

logo-kommunarka

"Sladosti dona" MMC şirniyyat fabiriki un və şirniyyat məmulatlarının istehsalı üzrə istehsalat fəaliyyəti göstərir. Müəssisə tərəfindən bütün şirniyyat sənəti incəlikləri nzərə alınmaqla çox qeyri-adi birləşmə və çox müxtəlif istehsal edilən vafli və halva, marmelad və pastila, kozinak və zefir, zərif şəkər və çökdürmə peçenyesi Şərq nağılı dünyasına toxunmaq və bir əfsanəvi çərəzin dadına baxmaq imkanı yaradır. Müəssisənin əsas iş istiqamətləri ən incə zövqü təmin etməklə çox qədim istesal ənənələri və mükəmməl reseptura ilə şirniyyatların istehsalıdır.

www.sladosti-dona.ru

 

logo-kommunarka

"Posolstvo Vkusnoy Yedı" TD MMC - 2002-ci ildən etibarən Rusiya unlu qənnadı məmulatıları bazarında özünü təqdim etmiş bir özəl ticarət müəssisəsidir. Məhsullar "Posolstvo vkusnoy yedı" ticarət nişanı altında istehsal edilir.

www.tdpve.ru

 

logo-kommunarka

Campina — qida və əczaçılıq sənayesi (süd, yoqurt məhsulları, desert, qaymaq, pendir və s.) üçün süd istehlak məhsulları və ən yeni inqrediyentlərin istehsalı sahəsində fəaliyyət göstərən beynəlxalq partnyorluq şirkətidir. Əsas brendləri: CampinaFruttis (Rusiyada ən iri marka), "Campina Nejnıy", Campina desertləri - "Campina Pud-dis", "Campina Piruet", "Campina Detskiy". FrieslandCampina ifadəsi "təbiətin bəxş etdiyi məhsullar" kimi səslənir

www.frieslandcampina.com

 

logo-kommunarka

"Alpenqurt" müəssisəi öz fəaliyyətini 1994-cü ildə başlamışdır. Şirkətin əsas məqsədi istehlakçıların sağlamlığı, uzun ömrü və sevinci üçün qayğı göstərilməsi olub bu günə qədər davam etməkdədir. "Alpenqurt" təzə süd və Alplarda erkən günəşli səhərdə yığılmış şirəli yetişkən meyvə və giləmeyvələrin zəngin dadıdır.

www.alpengurt.ru

BİZİ FƏRQLİ EDƏN SƏBƏBLƏR

partners-right-01

partners-right-02

partners-right-03

partners-right-04

partners-right-05