Partnyorlar

Posolstvo Vkusnoy Yedı
Posolstvo Vkusnoy Yedı

"Posolstvo Vkusnoy Yedı" TD MMC - 2002-ci ildən etibarən Rusiya unlu qənnadı məmulatıları bazarında özünü təqdim etmiş bir özəl ticarət müəssisəsidir. Məhsullar"Posolstvo vkusnoy yedı"ticarət nişanı altında istehsal edilir.

Roshen konditerskaya fabrika
Roshen konditerskaya fabrika

Bu gün Vinnitsa qənnadı fabriki “ROSHEN” Ukrainanın qənnadı müəssisələri arasında liderlərdən biridir. Zavodda 1500-dən çox işçi çalışır. Ümumi həcmi ildə 100 min tondan çox olan müasir yüksək məhsuldar avadanlıqlarda (Almaniya, İtaliya və Çexiya avadanlıqları) 200-ə yaxın növdə qənnadı məmulatı istehsal olunur.

Ramenskiy konditerskiy kombinat
Ramenskiy konditerskiy kombinat

Peşəkar komanda şirkətimizin ən vacib kapitalıdır. Mütəxəssislərimizin təcrübəsi, biliyi və enerjisi Rusiyanın yüksək rəqabətli qənnadı bazarında fəaliyyət göstərən şirkətin uğurunun açarıdır. “RKK Trade” işçiləri hər birinin özünəməxsus şəxsiyyəti və xüsusiyyətləri olan müxtəlif insanlardır. Bir çoxları 10 ildən artıqdır ki, şirkətdə işləyirlər. Ancaq biz inkişaf edirik, böyüyürük və bizə yeni güc və yeni ideyalar gətirən istedadlı gənc mütəxəssislər gəlir.

Ruzkom Ət Kombinatı
Ruzkom Ət Kombinatı

<<Ruzkom>> - ən böyük ət və konservləşdirilmiş ət məhsulları istehsalçışıdır.

Soçinskiy
Soçinskiy

“Soçi ət kombinatı” 1937-ci ildən etibarən kolbasa məhsulları və ət delikateslərinin istehsalı sahəsində ixtisaslaşır. Yüksək peşəkarlıq səviyyəsi, geniş istehsal və texnoloji imkanlar, effektiv keyfiyyət menecment sistemi bir neçə on illər ərzində şirkətə Kransodar əyalətinin ət emal bazarında lider mövqesinin tutması üçün imakn verir. İstehsal edilən məhsullar çeşidi müntəzəm şəkildə təzələnir və 320-dan çox kolbasa və ət delikatesi növlərini əhatə edir.

Starodvorye
Starodvorye

“Starodvorye ət emalı” müəssisəsi 2004-cü ildə qurulmuşdur. Hazırda Rusiyada ilk beşlikdədir.  Starodvorski, Vyazanka, Slavnitsa, Vıqodnaya Tsena kimi brendləri mövcuddur. Starodvorskie kolbasa məhsulları Rusiyanın 38-dən çox bölgəsində satılır. 2019-cu ildən Azərbaycan bazarına idxal edilir.

Sibirskaya beloçka
Sibirskaya beloçka

Fabrik 1997-ci ildə Rusiyanın Omsk vilayətində istehsala başlamışdır.Qənnadı məhsulları istehsalına görə Rusiyanın aparıcı fabriklərindən biridir.Fabrikin missiyası daim müştəri tələbatlarına uyğun məhsullar istehsal etməkdir.

SPP Yuq
SPP Yuq

"Selskoxozyaystvennoe proizvodstvennoye predpriyatiye Yuq" MMC 25 ildən artıqdır ki, fəaliyyətini davam etdirir. Fabrikin təcrübəsi ildən-ilə artır və istehsalat dairəsi genişlənir. Fabrik əsas qida istehsalçılarından biridir.

San Slavia
San Slavia

"SAN SLAVIA SC" MMC bir içki istehsalı şirkətidir. İstehsalat unikal ekoloji kurort zonası olan Qafqaz Mineral Suları ərazisində yerləşir. Şirkətin istehsalat bazası müasir avadanlıqla təchiz olunmuşdur. İstehsalatda yalnız təbii inqredentlərdən istifadə edilir və içkilər üçün su bir neçə dəfə ultra təmizləyici filtrlərdən keçirilir.

Saritsino
Saritsino

"Saritsino" şirkətlər qrupu 1970-ci ildə təsis olunmuşdur. "Saritsino" şirkətlər qrupu kolbasa və ət məhsullarının istehsalı ilə məşğul olan 3 zavoddan ibarət yüksək texnoloji müəssisədir.İstehsal edilən məhsullar çeşidi 500-dən çox adı əhatə edir.

AZ EN RU