28.05.2024
Mayın 27-də “Aqro-Vest DC” MMC-nin akt zalında 28 May Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözüylə şirkətimizin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi S.İmaməliyev açaraq xalqımızı bu uca bayram münasibətilə təbrik edib, 106 il öncə babalarımızın böyük fədakarlıq hesabına qurduqları Azərbaycan Cümhuriyyətini min bir çətinliklə dünyaya tanıtmalarından söz açıb.
Sonra əməkdaşlar Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli filmini izləyiblər. Film Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam olunan nümayəndə heyətinin əzablı taleyindən bəhs edir. Nümayəndə heyətimiz uzun aylar davam edən mübarizədən sonra Azərbaycanın müstəqilliyinin tanınmasına nail olur. Heyət üzvlərinin hər biri ölən günə qədər Azərbaycanın müstəqilliyi uğrunda döyüşür və qərib ölkələrdə dünyalarını dəyişirlər.
Filmin baş prodüseri Arzu Əliyeva, ideya müəllifi və baş məsləhətçisi Ramiz Abutalıbov, quruluşçu rejissorlar Vüqar İslamzadə, Fariz Əhmədov, senari müəllifi isə Müsəllim Həsənovdur.
Xəbərlər