“Azovskaya” məhsulları yeyin, ağzınız şirin olsun!

14.12.2022

“Azovskaya”  məhsulları yeyin, ağzınız şirin olsun!


 İstənilən vaxt müxtəlif şirniyyatlarla çay içmək mədəniyyəti xalqımızda çoxdan ənənəyə çevrilib. Bu baxımdan “Azovskaya” qənnadı məhsulları çay və şirniyyatsevərlərin doğru seçimi ola bilər.

Azovskaya Konditerskaya Fabrika Rusiyada iri kozinak, halva, Şərq şirniyyatı və təbii qənnadı məmulatları istehsalçılarından biridir. Müəssisənin tarixi 1990-cı illərin sonundan başlayır.

Fabrik qabaqcıl avadanlıqları, innovativ texnologiyaları, avtomatlaşdırılmış iş prosesi, laboratoriyaları və istehsal mərhələlərinin yüksək keyfiyyətinə nəzarət edən çağdaş müəssisədir.

Yüksək keyfiyyəti və təbii tərkibli şirniyyatları sayəsində qənnadı fabrikinin məhsulları çoxdan Rusiya bazarında özünə yer tutub və milyonlarla insanın inamını qazanıb. Bu fabrikin məhsulları bir sıra ölkələrlə yanaşı, Azərbaycanda da sevilməkdədir.

 “Azovskaya” markasının uğur qazanmasının özülündə xammalın düzgün seçilməsi, qabaqcıl istehsal texnologiyalarının və klassik şirniyyat reseptlərin istehsalata tətbiq edilməsi dayanır.

2016-cı ildə “Aqro-Vest DC” MMC Rusiya Federasiyasının adıçəkilən qənnadı müəssisəsilə “Azovskaya” ticarət nişanlı qənnadı məhsullarının Azərbaycanda distribusiya olunması hüququnu verən müqavilə imzalayıb.

Şirkət Azərbaycan bazarında çoxlu şirniyyat məhsulu ilə təmsil olunur. Bura meyvə tərkibli karamellər, jele və süd içli konfet-şokoladlar, eləcə də günəbaxan, küncüt tərkibli kozinaklar,  günəbaxan, yerfındığı tərkibli halvalar və bu kimi başqa şirniyyatlar daxildir.

“Azovskaya”  məhsulları yeyin, ağzınız şirin olsun!

Xəbərlər

1 / 337
AZ EN RU