“Elsevən” – elin sevdiyi kolbasa

26.01.2023

“Elsevən” – elin sevdiyi kolbasa

 Bəlkə də bu qidanı bizə sevdirən onun qədim türk yeməyi olmasıdır. Söhbət uşaqdan-qocaya hamının sevdiyi kolbasadan gedir. “Kol” (qol) və “basmaq” sözlərindən yaranan kolbasa qədim türklərin ən sevimli yeməyi idi. Baba-nənələrimiz müxtəlif ədviyyatlar qatılaraq döyülmüş, duzlanmış əti təmiz yuyulmuş inək bağırsağının içərisinə doldurur, sonra isə onu günəş alında, yaxud təndirdə qurudardılar. Bu ənənə indi də bəzi bölgələrimizdə davam edir, ona həm də “bağırsaq  dolması” deyilir.

Şirkət olaraq dünyanın müxtəlif ölkələrindən kolbasalar gətirsək də, 2021-ci ildə öz milli brendimiz olan “Yamac” kolbasasını yaratmaq qərarına gəldik. Artıq bir ildən çoxdur ki, “Yamac” özünə sadiq müştərilər toplamaqdadır.

Ənənəvi hisə verilmiş servelat dadını özündə daşıyan “Elsevən” kolbasası “Yamac” brendinə məxsus çeşidlərdən biridir. Bu kolbasa hazırlanarkən xüsusi ədviyyat buketindən istifadə olunur. Ən başlıcası, alıcıların damaq dadına uyğundur.

Halal məhsul olan “Elsevən”in tərkibi dana və toyuq əti, dana piyi, nişasta, duz, natrium nitritdən ibarətdir.  Məhsulun saxlanma müddəti 45 gündür.

Bu kolbasa acıdığınız hər anda, eləcə də səhər yeməyində istifadə üçün əvəzedilməzdir.

Çağdaş qablaşdırma üsulları ilə istehsal olunan “Elsevən” kolbasası sona qədər keyfiyyət və qidalılıq xüsusiyyətlərini qoruyur.

Məhsulu bütün supermarketlərdən əldə edə bilərsiniz.

Xəbərlər

1 / 323
AZ EN RU