11.04.2023
Qəhvə
dünyanın çox ölkəsində “kofe” adı ilə məşhurdur. Bu içki tərkibində olan kofein
sayəsində stimullaşdırıcı təsirə malikdir.
İlk dəfə qəhvə Həbəşistanın Qaffa bölgəsində istifadə edilib. Hazırda dünyanın 50-dən çox ölkəsində qəhvə bitkisinin çeşidli növləri becərilir.
Qəhvənin hazırlanmasının Həbəşistan qaydası ən qədim üsul sayılır: dənəciklər qovrulduqdan sonra üyüdülür. Bundan sonra qəhvə tozu su və qəndlə birlikdə qaynadılır və “yabana” adlanan içki hazırlanır. Onu kiçik piyalədə – fincanda içirlər.
1517-ci ildə Osmanlı hərbçisi Özdəmir paşa Yəməndə içdiyi və çox sevdiyi qəhvəni İstanbula gətirməklə onu Avropaya tanıdan ilk şəxs kimi tarixə düşür.
1899-cu ildə isveç kimyaçısı Maks Morqentaller qəhvə tozunu düzəldir. Həll olan qəhvə XX əsrin 40-cı illərindən başlayaraq dünyaya geniş yayılır.
Sözügedən bitkidən şərqsayağı qəhvə, qara qəhvə, süd və ya qaymaqla qəhvə, südlə bişirilmiş qəhvə, qatılaşdırılmış südlə qəhvə, eləcə də başqa içkilər hazırlanır.
Mütəxəssislər hər gün bir-iki fincan kofe içməyi sağlamlıq üçün faydalı hesab edirlər.
“Aqro-Vest DC” MMC olaraq ölkəmizə ixrac etdiyimiz tanınmış “Jardin” brendinin “Colombia Supremo” qəhvəsi sizin istəyinizə uyğundur. Onu istənilən supermarketdən əldə edə bilərsiniz.
Xəbərlər