Kərə yağı yemək qaçılmazdır

02.03.2023

Kərə yağı yemək qaçılmazdır

 

Əcdadlarımız əridilmiş kərə yağından qədimlərdə həm dərman, həm də qida kimi istifadə ediblər. Əridilmiş yağ çətin parçalandığına görə onu uzun müddət saxlamaq üçün soyuducuya gərək duyulmurdu.

Otla bəslənən heyvanlardan əldə edilmiş yağda xərçəngə qarşı olan maddələr var. Ölçüsündə istifadə edilən bu yağ ağır çəkinin aşağı salınmasında da böyük rol oynayır.

Kərə yağı inək, qoyun, keçi və camış südündən əldə edilir. Zülal, vitamin və minerallar baxımından olduqca zəngindir.  

Kanadada aparılan araşdırmalara görə, kərə yağının ürək xəstəlikləri riskini aşağı saldığı, ardıcıl istifadəsi bədəndəki yağ balansını qoruduğu, mədə-bağırsağda yaraların yaranmasının qarşısını aldığı sübut edilib.

Ot yeyən inəklərdən əldə edilmiş kərə yağı xərçəng əleyhinə maddələrlə, həmçinin A1, B1, B2 və s. vitaminlərlə zəngindir.

 Amerikanın “Klinik qidalanma" jurnalının 300.000 insan üzərində keçirdiyi araşdırmanın nəticəsində heyvan yağlarının ürək xəstəlikləri riskinin artmasında heç bir səbəbinin olmadığı üzə çıxarılıb. Tərsinə, kərə yağının insan sağlamlığı, özəlliklə ürək sorunları olanlar üçün misilsiz  önəm daşıdığı təsdiqlənib.

Hazırda yerli telekanallarda və metrostansiyalarda reklam olunan, şirkətimizin süd məhsulları üzrə özəl “Slavyanskoe” brendi Azərbaycan istehlakçısına illərdir tanışdır. Bu brend ilə istehsal edilən kərə yağı artıq hər kəsin sevimli qidasına çevrilib.

“Slavyanskoe” kərə yağı ilə sağlam qidalanın!

Xəbərlər

1 / 332
AZ EN RU