07.12.2022
Pendir hazırlamaq xüsusi sənətdir. Bu, dəqiqlik, peşəkarlıq, düzgün texnologiya və öz işinə sevgi tələb edir.
2015-ci ildən bəri Azərbaycan istehlakçısına yaxşı tanış olan “Komo” pendirinin hər bir çeşidi yüksək keyfiyyətli süddən hazırlanmış və ən yaxşı dünya pendir reseptləri əsasında düzəldilmiş keyfiyyətli məhsuldur.
Ukraynanın Dubno şəhərində yerləşən "Dubnomoloko" müasir pendir fabriki mütəxəssislərinin yaradıcı təxəyyülünün nəticəsi olan “Komo” pendiri möhtəşəm dada və keyfiyyətə malikdir.
Ölkənin ən böyük müəssisələrindən olan fabrikdə bərk və emal olunmuş pendirlərin istehsalı üçün ən müasir avadanlıq quraşdırılıb, bütün mərhələlər tam avtomatlaşdırılıb.
Bunun sayəsində şirkət hər il unikal reseptlər əsasında 15 milyon kiloqramdan çox sərt pendir və 4 milyon kiloqram emal olunmuş pendir istehsal edir.
2015-ci ildə Ukrayna Respublikasının “Ukraynskaya Sırnaya Kompaniya” MMC ilə “Aqro-Vest DC” şirkəti “Komo” ticarət nişanlı süd məhsullarının Azərbaycan ərazisində distribusiya hüququnu təqdim edən müqavilə imzalanıb. Hazırda “Komo” brendinə məxsus 6 çeşiddə məhsul yerli istehlakçılara təqdim olunur.
Xəbərlər