19.12.2022
Qış yeməkləri içərisində çərəzlər ayrıca yer tutur. Bu baxımdan haqqında danışacağımız “Kozinak” şirniyyatı qışın doyumlu və dadlı çərəzlərindən biridir.
Şərq şirniyyatı sayılan “Kozinak” gürcü dilindəki “Qozinak” sözündəndir ki, anlamı “doğranmış qoz-fındıq” deməkdir.
Əslində “Qozinak” sözü öz mənşəyini açıqca bizə göstərir. Kökdəki “koz” hissəciyi dogma dilimizdəki “qoz” sözündəndir. Beləliklə, “qoz” sözümüz gürcü dilinə keçərək bu şirniyyatın adında özünü qorumaqdadır.
“Kozinak” təkcə qozdan yox, müxtəlif çərəzlərdən də hazırlanır. Bura arıtlanmış günəbaxan toxumu, yerfıstığı, küncüt və şişirdilmiş düyü daxildir. Adıçəkilən çərəzləri şəkər tozunun məhluluna, ya da bala salmaqla keyfiyyətli kozinak düzəltmək mümkündür.
Bu çərəzli şirniyyat çoxlu miqdarda zülal və karbohidratı bir araya gətirir. “Kozinak” məhsullarında zəngin fosfor, maqnezium, dəmir, sink, kalsium, kalium kimi elementlər və A, K, E və başqa vitaminlər var.
“Aqro-Vest DC” şirkəti yerli istehlakçılara Rusiyanın “Azovskaya” brendinin bir neçə çeşiddə kozinaklarını təqdim edir. Bura 150 qramlıq günəbaxan, küncüt və 280 qramlıq assorti kozinaklar daxildir. Bu məhsulları ölkəmizin iri supermarketlərindən əldə edə bilərsiniz.
Yeri gəlmişkən, “Kozinak” Azərbaycanda məşhur olan və bir çox bölgələrimizdə hazırlanan qış şirniyyatı sayılan sucuğu xatırladır. Belə ki, sapa keçirilmiş qoz ləpələri unla qarışdırılmış bəkməzə salınaraq sucuq düzəldilir, qurumaq üçün asılır və qış boyu yeyilir.
Xəbərlər