19.05.2023
Rusiyanın “Azovskaya” qənnadı fabrikinə məxsus 150 qramlıq küncütlü “Kozinak” məşhur şərq şirniyyatları içərisində ayrıca yer tutur.
Bu şirniyyatın tərkibi başlıca olaraq qovrulmuş küncüt, dənəvər şəkər və nişasta siropundan ibarətdir. Demək, bu, təkcə şirniyyat deyil, həm də əsl sağlamlıq qaynağıdır.
Bəs küncütün hansı faydaları var?
Kalium və maqneziumla zəngin olan küncüt ürək-damar sistemi üçün çox faydalıdır. Bu iki mineral ürəyin və damarların normal fəaliyyəti üçün qaçılmazdır.
Adıçəkilən bitkinin tərkibindəki lesitin beyinin və qaraciyərin sağlamlığını qoruyur, orqanizmdə xolesterolun səviyəsini aşağı salır.
Küncütdəki fitosterin maddəsi immun sistemini möhkəmləndirir və həmçinin aterosklerozun və piylənmənin qarşısını alır.
Bu bitki kalsium və fosforla da zəngindir. Sözügedən bu iki mineral sümüklərin sağlamlığını və möhkəmliyini təmin edir. Bu səbəbdən mütəxəssislər küncüt toxumlarını uşaqların və yaşlı insanların qidalanmasına daxil etməyi tövsiyə edir.
Xatırladaq ki, “Aqro-Vest DC” şirkəti yerli istehlakçılara Rusiyanın “Azovskaya” brendinin bir neçə çeşiddə kozinaklarını təqdim edir. Bura 150 qramlıq günəbaxan, küncüt və 280 qramlıq assorti kozinaklar daxildir. Bu məhsulları ölkəmizin istənilən supermarketlərindən əldə edə bilərsiniz.
Xəbərlər