Şirkətimizdə qanvermə aksiyası keçirəcək

02.08.2024

Şirkətimizdə qanvermə aksiyası keçirəcək


Qan Donorluğunun İnkişafı Mərkəzi “Aqro-Vest DC” MMC-nin inzibati binasında homofiliya və talassemiyadan əziyyət çəkənlərə yardım məqsədilə avqustun 9-da qanvermə aksiyası keçirəcək.

Saat 10:00-dan 17:00-dək davam edəcək qanvermə aksiyasında şirkətimizin əməkdaşları təmənnasız olaraq iştirak edəcəklər. Bu məqsədlə ayrıca həkim briqadası qan almaq üçün şirkətimizə gələcək.

Eləcə də Qan Donorluğunun İnkişafı Mərkəzinin təmsilçilərinin “Aqro-Vest DC” MMC-nin rəhbərliyilə də görüşü nəzərdə tutulub. 

Xəbərlər

1 / 397
AZ EN RU