Şirkətimizdə Xocalı tədbiri keçirilib, “Ana harayı” abidəsi ziyarət edilib

24.02.2023

Şirkətimizdə Xocalı tədbiri keçirilib, “Ana harayı” abidəsi ziyarət edilib


Fevralın 24-də “Aqro-Vest DC” MMC-də Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Öncə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş sözüylə şirkətin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Soltan Qaliboğlu açaraq bu qanlı faciənin baş vermə səbəblərindən danışıb.

O vurğulayıb ki, Xocalı faciəsi Azərbaycanın müstəqilliyinin ilk aylarında aldığı dəhşətli yaralardan biridir. Ermənilərin məqsədi Xocalını Azərbaycan türklərindən təmizləmək, Qarabağı bütünlüklə ələ keçirmək və sonda Ermənistana birləşdirmək idi.  

Bunun üçün ermənilər hər sayaq çirkin, xain yollara əl atdılar. Öncə Xocalıya gedən avtomobil yolları bağlandı, faciədən bir ay öncə isə vertolyot əlaqəsi də kəsildi. Beləliklə, Xocalı bütünlüklə mühasirəyə alındı.

Fevralın 25-dən 26-na keçən gecə Qarabağdakı erməni yaraqlıları keçmiş SSRİ-nin vaxtilə Xankəndindəki 336-cı motoatıcı alayının döyüşçüləri ilə birlikdə Xocalı şəhərinə hücuma keçdilər.

Bunun nəticəsində 613 nəfər soydaşımız qətlə yetirildi, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü. 150 nəfərdən isə indiyədək heç bir soraq yoxdur.

Şirkətimizin İnsan resursları  departamentinin direktoru Oğuz Heydərli qeyd edib ki, XX yüzilin ən sarsıdıcı qətliamlarından olan Xocalı faciəsini indiyədək 16 ölkə insanlığa qarşı soyqırım kimi tanıyıb. Hələ ki, bu qanlı soyqırımı törədənlər azadlıqdadırlar. Uzun illərdir  dövlətimiz bu dəhşətli soyqırımın dünyaya tanıdılması yönündə ardıcıl işlər aparır.

Satış departamentinin direktoru Fərhad Qasımov isə erməni qaniçənliyinin kökündə onların türk millətinə qarşı olan təcavüzkarlığının, kininin dayandığını vurğulayıb. Yüzillər boyu bu düşüncəylə yaşayan ermənilər dəfələrlə xalqımıza qarşı amansız qətliamlar törədiblər.

2020-ci ildəki 44 günlük Vətən Müharibəsində şanlı ordumuz tərəfindən ermənilərin tarixən millətimizə və dövlətimizə qarşı törətdikləri bütün dəhşətlərə layiqli cavab verildiyi anım tədbirində fəxrlə bildirilib.

Sonra tədbir iştirakçıları Xocalı faciəsinə həsr edilmiş qısametrajlı filmi izləyiblər.

Ardınca əməkdaşlarımız Xətai rayonu ərazisindəki Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edərək şirkətimiz adından əklil və tər qərənfillər qoyublar. 

Xəbərlər

1 / 323
AZ EN RU