Souslar dad qaynağıdır

04.01.2023

Souslar dad qaynağıdır


Sousları sevirsiniz? Elə isə bu yazı sizin üçündür.

“Aqro-Vest DC” MMC Rusiyanın “Sloboda” ticarət nişanlı bir neçə çeşiddə sousunu yerli istehlakçılara təqdim edir. Bura adıçəkilən brendin 217 milliqramlıq göbələkli sousu, 220 milliqramlıq pendirli və sezar sousları daxildir.

“Sous” latın sözü olsa da, dünyaya fransız dili vasitəsilə yayılıb. İlk məşhur sous “qarum” adlanırdı və o balıq yeməklərində duz yerinə istifadə edilirdi.  

Sousun əsas işi yeməyə dad vermək, yaxud onun hər hansı çatışmazlığını aradan qaldırmaqdır. Buna görə də bəzən sous yeməyin əsas dadını və qoxusunu təşkil edir.

Sous bişirilir,  yaxud turşu kimi saxlanılır. O salatlara da əlavə edilir.

İstənilən sousun tərkibində qoxu və xüsusi dadlar yaradan məhsullar yer alır.

Demək olar ki, bütün souslar XVII-XIX yüzilliklərdə Fransada kəşf olunub və hazırlanıb. Günümüzdə sousların sayı yeməklərin sayını keçməkdədir.

Hazırda dünyada ayrı-ayrı xalqların adları ilə bağlı olan müxtəlif souslar var. Azərbaycan mətbəxində də souslar ayrıca yer tutur. Onlardan ən məşhuru əsas kütləsi nar olan “Nardança” sousudur. Bu sous daha çox yağlı ət və balıq yeməklərilə yeyilir.

Yeməklərinizi daha iştahla yemək üçün damaq dadınızı artıran “Sloboda” souslarından yararlanın. Nuş olsun!

Xəbərlər

1 / 412
AZ EN RU