“Точно Сочно” kolbasa və sosislərinin endirimi aprel ayının sonuna kimi davam edəcək

05.04.2023

“Точно Сочно” kolbasa və sosislərinin endirimi aprel ayının sonuna kimi davam edəcək

Rusiyanın «Царицыно» şirkətlər qrupuna məxsus eyniadlı brendin “Точно Сочно” kolbasa və sosislərinin endirimi aprel ayının sonuna kimi davam edəcək.

Yalnız iri supermarketlərdə deyil, eləcə də tək mağazalarda bu məhsul qrupuna martın əvvəlindən endirimlər başlayıb.

Bunun üçün adıçəkilən məhsulun iri supermarketlərdə alıcılara daddırılması işi də həyata keçirilir.

Qeyd edək ki, “Точно Сочно” ət məhsulları qrupuna bişmiş və tüstüyə verilmiş kolbasalar, habelə ədədli, çəki kolbasa və sosisləri daxildir.

«Царицыно» şirkətlər qrupu 1970-ci ildə təsis edilib. Şirkətlər qrupu kolbasa və ət məhsullarının istehsalı ilə məşğul olan 3 zavoddan ibarət yüksək texnoloji müəssisədir.

2017-ci ildə “Agro-Vest DC” MMC adıçəkilən şirkətlə onun məhsullarının ölkəmizdə distribusiya edilməsinə dair müqavilə imzalayıb.

Xəbərlər

1 / 322
AZ EN RU