Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirilib, məzarı ziyarət olunub

10.05.2023

Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirilib, məzarı ziyarət olunub

 

Mayın 9-da “Aqro-Vest DC” MMC-nin kollektivi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyilə bağlı tədbir keçirib.

Tədbir iştirakçıları öncə böyük dövlət adamı H.Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Toplantını giriş sözüylə şirkətin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi S.Qaliboğlu açaraq XX əsər Azərbaycan siyasəti, tarixi, eləcə də ictimai həyatında ayrıca yeri və xidmət olan böyük dövlət adamı H.Əliyevin həyatı və fəaliyyəti haqqında geniş bilgi verib.

Bildirilib ki, H.Əliyev gənc yaşlarından dövlət təhlükəsizliyi orqanlarında çalışmağa başlayıb və o, həmişə işinin peşəkarı olmağı bacarıb. Bunun nəticəsidir ki, dövlət təhlükəsizliyi orqanlarında öz bacarğı və şəxsi keyfiyyətlərilə yüksək vəzifələrə doğru irəliləyə bilib və həmin quruma başçılıq edib.

1969-cu ildən Sovet Azərbaycanına rəhbərlik etməyə başlayan H.Əliyev tez bir zamanda respublikanın inkişafını təmin edib və o, uğurlu rəhbərlik bacarığına görə 1982-ci ildə Moskvaya  işləməyə dəvət edilib.  Bu dəfə ona daha yüksək – SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsi tapşırılıb. Bu vəzifədə H.Əliyev keçmiş SSRİ miqyasında çox böyük işlərə rəhbərlik edib.

Qeyd edilib ki, onun Azərbaycana rəhbərliyinin ikinci dönəmi – 1993-2003-cü illər ölkəmizin müstəqilliyinin çox gərgin çağlarına təsadüf edir. Özəlliklə, ilk beş il ölkəmizdə siyasi hərc-mərclik, vətəndaş qarşıdurması, dövlət çevrilişlərinə cəhdlə yadda qalıb. H.Əliyev müdrik siyasətçi və dövlət adamı olaraq bütün bunların öhdəsindən gələ bildi, ölkədə sabitliyin qorunmasını təmin etdi.

I Qarabağ savaşında 12 may 1994-cü ildə əldə edilən atəşkəs, həmin ilin sentyabrında böyük neft şirkətlərinin iştirakı ilə “Əsrin müqaviləsi”nin uğurla imzalanmasına zəmin yaratdı. Məhz bu müqavilə ilə Azərbaycan nefti dünya bazarına çıxarıldı və  bu gün çoxmilyardlı valyuta ehtiyatlarımız neftdən gələn gəlirlər hesabına formalaşmaqdadır.

Toplantıda H.Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışılıb, onun ölkə həyatının bütün sahələrindəki fəaliyyəti dilə gətirilib.

Sonda Ümummilli liderin həyatı haqqında sənədli film nümayiş olunub.

Tədbirin ardınca “Aqro-Vest DC” MMC-nin əməkdaşları Fəxri Xiyabanda H.Əliyevin məzarını ziyarət edərək əklil qoyublar.

Xatırladaq ki, “Aqro-Vest DC” MMC ənənəvi olaraq üç ildir ki, öz əməkdaşları arasında futbol turniri keçirir. Mayın 10-da start götürən builki turnir böyük dövlət adamı H.Əliyevin 100 illiyilə əlaqədar “Heydər Əliyev Kuboku” adlanır. Yarışda şirkət əməkdaşlarından ibarət 8 komanda mübarizə aparır.  

Xəbərlər

1 / 337
AZ EN RU