“Dairyland” pendirsevərlərin seçimidir

06.02.2023

“Dairyland” pendirsevərlərin seçimidir


Ölkəmizə idxal etdiyimiz süd məhsulları içərisində Kanadanın “Dairyland” pendirlərinin ayrıca yeri var. 100 illik tarixi olan bu brend 1964-cü ildə zavod kimi fəaliyyət göstərməyə başlayıb. Dünyanın müxtəlif ölkələrində yüz minlərlə ailənin süfrəsində bu brendə məxsus müxtəlif süd məhsullarına rast gəlmək mümkündür.

Hazırda Azərbaycan bazarında müştərilərə adıçəkilən brendin 7,5 kiloqramlıq pendiri təklif olunur və məhsul rəğbətlə qarşılanır.

İnsanın vazkeçilməz qidalarından olan pendir hər zaman yeyilə bilən məhsul sayılır. Onun sağlamlıq üçün misilsiz faydaları var.

Pendirin tərkibində bol miqdarda olan B vitamini maddələr mübadiləsini normallaşdırır. B12 vitamini isə beynin fəaliyyətini artırır və orqanizmin dəmiri daha yaxşı həzm etməsinə səbəb olur.

Bu məhsul insanın uzun müddət enerjisini təmin edir. Orqanizm üçün gərək olan gündəlik protein miqdarı pendirin tərkibində yetərincə olduğundan vegetarianların da üstünlük verdiyi qidadır.

Araşdırmalar pendirin həm də arıqlamağa kömək etdiyini üzə çıxarıb.

Pendir protein, kalsium və D vitamini ilə zəngindir. Hər gün pendir yemək qadınlarda süd vəzi xərçəngi riskini azaldır.

Gündəlik kalsium miqdarının 28 faizini pendirdən ala bilərsiniz.  

Pendirdə qan şəkəri səviyyəsini normal saxlayan maqnezium var. İkinci tip diabet xəstələri üçün çox faydalıdır. Maqnezium qan şəkəri səviyyəsini normallaşdırmaqla yanaşı, ürək-damar sisteminə də yaxşı təsir edir.

Bu məhsulun tərkibində olan kalium bədənin su balansını artırır, narahatlıq hissini azaldır, qan təzyiqini normallaşdırır.

News

1 / 323
AZ EN RU