Futbol turnirimizin qalibi həftəsonu müəyyənləşəcək

16.11.2022

Futbol turnirimizin qalibi həftəsonu müəyyənləşəcək

   Möhtəşəm “Aqro-Vest Futbol Turniri 2022”-nin sonlarına yaxınlaşmaq üzərəyik. İki aylıq gərgin, çətin mübarizənin sonunda mükafatçıları müəyyən etməyin zamanı gəlidi. Belə ki, keçən həftə yarımfinal oyunları ilə finalçılar müəyyən oldu. Azarkeşlər maraqlı və həyəcanlı iki oyun izlədilər.

   Yarımfinalın ilk oyunu retail təmsilçisi “Slavyanskoe” ilə “Slobada” arasında baş tutdu. Görüşün favoriti olan “Slavyanskoe” ilk dəqiqələrdən inamlı hücumları ilə “Slobada”nın müdafiə xəttini yardı. “Qol yağışı”nın olduğu oyunda “ofis”in qapısından nə az-nə çox 16 qol keçirildi. Oyun 16:2 “Slavyanskoe”nin xeyrinə başa çatdı.


 Yarımfinalın ikinci oyunu logistika yığması “Lukas” ilə satış yığması “Roshen” arasında baş tutdu. Gözlənildiyi kimi, gərgin başlayan oyun sona qədər hər iki komandanın mübarizəsi ilə yadda qaldı. Gərgin və maraqlı oyunun sonunda “Lukas” 4:3 hesabı ilə bu il də çempionluğa layiq oldu.  

Beləliklə, finalın iştirakçıları müəyyən edildi. Bu həftəsonu 3-cü yer uğrunda mübarizədə “Roshen” və “Slobada” üz-üzə gələcək.

“Aqro-Vest Futbol Turniri 2022”-nin İtalyadan gətirilən “Qızıl Kubok”unun sahibini müəyyən edəcək final oyunu “Slavyanskoe” və “Lukas” arasında olacaq. Final bu həftəsonu baş tutacaq. Oyunların vaxtı komandaların azarkeşlərinə elan ediləcək.

Turnirin bombardiri 16 qolla “Slavyanskoe”nin hücumçusu Rüstəm Rüstəmlidir.

Qeyd edək ki, final matçı həmişə olduğu kimi Olimpiya Stadionunda keçiriləcək.

News

1 / 322
AZ EN RU