“Makfa” düyü unu

15.02.2023

“Makfa” düyü unu

 

Bu yazıda düyü unundan söz açacağıq. Ölkəmizə idxal etdiyimiz məhsullardan biri də 500 qramlıq “Makfa” düyü unudur.  

Düyü ununun sağlamlığa faydası olduqca çoxdur. Onda yetərincə lif mövcuddur. Lif yeməyi mədə-bağırsaq sistemi boyunca hərəkət etdirərək həzm prosesini asanlaşdırmağa xidmət edir.

Bu un həm də kalsium mənbəyidir. Qaraciyəri başlıca qida və minerallarla təmin edərək onun düzgün fəaliyyətinə də yardımçı olur.

Düyü ununun başlıca üstünlüyü tərkibində zülalın çox olmasıdır. Bu, həm də insana yaxşı əzələ yığmağa kömək edir.

Sözügedən unda daha çox sink və maqnezium var ki, bu da  sağlamlıq üçün qaçılmaz elementlərdir.

Düyü qədər dərini gənc, təravətli saxlayan qida tapmaq çətindir. Cənubi-Şərqi Asiya xalqlarının qidalanmasında düyü daha çox üstünlük təşkil etdiyi üçün onların dəriləri həmişə hamar olur, gənc görünürlər.

Maraqlıdır ki, məşhur Çin səddinin tikintisində düyü unu və yandırılmış kirəc tozundan istifadə olunub. Yapışqan özəlliyi olan düyü unu daşları bərk saxlayır və bu günə qədər divarlar zəlzələ qarşısında belə əzəmətlə durmaqda davam edir.

Qeyd edək ki, milli mətbəximizin düyü unundan hazırlanan ən məşhur yeməyi firnidir.

“Makfa” düyü ununu istənilən supermarketlərdən ala bilərsiniz.

News

1 / 322
AZ EN RU