Ramazan ayı başlayıb

23.03.2023

Ramazan ayı başlayıb

 

Bu gündən dünya müsəlmanlarının müqəddəs Ramazan ayı başlayıb.

Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 23-nə təsadüf edir.

İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bu tələblərdən yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar.

Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için. Sonra gecəyə qədər orucunuzu tamamlayın”.

Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı Ramazan ayının xüsusi təqviminə görə, ilk Qədr (Əhya) gecəsi aprelin 9-u olacaq. Digər Qədr gecələri isə aprelin 11-i, 13-ü və 17-nə təsadüf edəcək.

Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.

Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan Ramazan ayında iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək bəyənilən əməllərdəndir.

News

1 / 331
AZ EN RU