Sirkə sağlamlıq qaynağıdır

31.01.2023

Sirkə sağlamlıq qaynağıdır


Bu yazıda “Дядя  Ваня” fabrikinin istehsalı olan sirkədən – “Уксус”dan bəhs edəcəyik.

“Aqro-Vest DC” MMC olaraq biz bu şirkətin 500 və 1000 millilitrlik sirkə məhsullarını ölkəmizə gətiririk. Bu isə o deməkdir ki, sizə sirkə gərək olduqda onu istənilən supermarketdən asanlıqla əldə edə bilərsiniz.

Tarixən kənddə yaşayan insanlar sağlamlıq üçün əvəzsiz qida olan sirkəni özləri hazırlayıblar. Şəhərdə isə onu ev şəraitində düzəltmək mümkün deyil.

Əgər yeməklərinizdə ardıcıl sirkə istifadə edirsinizsə, o zaman “Дядя  Ваня” brendinə məxsus sirkələr sizin istəyinizə tam uyğundur.  

Qeyd edək ki, ən keyfiyyətli sirkələr alma və üzümdən hazırlanır. Sirkənin insan sağlamlığına misilsiz faydaları var. Nədir onlar?

-qan şəkərini nizamlayır;

-ürəyi gücləndirir;

-arıqlamağa kömək edir; 

-həzmi yaxşılaşdırır; 

-qocalmanı gecikdirir;

-sümükləri bərkidir; 

-boğaz ağrısını aradan qaldırır;

-dərini gözəlləşdirir;

-burun tutulmasını açır; 

-saçların sağlamlığını qoruyur;  

-damarları təmizləyir və elastikliyini artırır;

-ağrını, xərçəng riskini azaldır...

Xalq təbabətinə görə, sirkəni gündə bir yemək qaşığından artıq istifadə etmək məsləhət deyil. Onu daha çox yağlı, ətli yeməklərdə, eləcə də müxtəlif turşuların hazırlanmasında istifadə edirlər. Sirkənin sarımsaqla qarışığından hazırlanan sous isə milli yeməyimiz olan xaşa əlavə özəllik, dad qatır.

Bir yemək qaşığı sirkəni 1 litr suya qatıb gün boyu içmək cana daha faydalıdır. Bu üsul çağımızda insanlar arasında çox yayğındır.  

Qeyd edək ki, 2021-ci ildə Rusiya Federasiyasının tanınmış “Дядя  Ваня” fabriki ilə “Aqro-Vest DC” MMC arasında ““Дядя  Ваня” ticarət nişanlı konservləşdirilmiş tərəvəz məhsullarının ölkəmizdə distribusiya olunmasıyla bağlı müqavilə imzalanıb. 

News

1 / 322
AZ EN RU