Xocalı Faciəsi Qurbanlarının Anım Günü

26.02.2022

Xocalı Faciəsi Qurbanlarının Anım Günü

      Bu Gün AQRO-VEST DC MMC-də «Xocalı Soyqırımı» Faciəsi Qurbanlarının xatirəsi yad edildi, ruhlarına dualar oxundu.

      «Xocalı Soyqırımı» 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlı yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı xarici siyasət nəticəsində dünyanın bir çox ölkəsində və ABŞ –ın 22 ştatında Xocalını qətliam kimi tanıyan sənəd qəbul edilib. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci il tarixdə ordumuz 30 illik vətən həsrətinə son qoyaraq torpaqlarımızı işğaldan azad etmiş və Xocalı faciəsi qurbanlarının qisası alınmışdır.

 

 

Allah Rəhmət Eləsin!!!

News

1 / 333
AZ EN RU