Yeməyinizi “Makfa” düyüləriylə bişirin

24.01.2023

Yeməyinizi “Makfa” düyüləriylə bişirin

Dünya ölkələrinin yarısı demək olar ki, düyü ilə qidalanır. Düyü özəlliklə Cənubi-Şərqi Asiya ölkələrinin əsas yeməyini təşkil edir. Bu bərəkətli bitkinin 40-dan çox növü var.

2016-cı ildə “Aqro-Vest DC” şirkətilə Rusiyanın “Makfa” fabriki arasında makaron, un və dənli bitki məhsullarının ölkəmizdə distribusiya olunması haqqında müqavilə imzalanıb.

Azərbaycan bazarında bu fabrik bir çox məhsullarıyla yanaşı, "Makfa" brendi altında dənli bitkilərlə təmsil olunur. Həmin dənli bitkilərdən biri də “Makfa”nın 800 qramlıq düyüləridir.

Düzdür, yerli bazarda düyü çeşidi çoxdur. De gəl, hansını almaq haqqında düşünməli olacaqsınız. Ona görə ki, bazarda hətta saxta düyülərə də rast gəlinir, bu haqda ölkə mediasında xəbərlər də yer alır.

Tam əminliklə deyə bilərik ki, tərəfdaşımız olan “Makfa” şirkətinin düyüləri əsl sizin istədiyiniz məhsuldur. Ona görə də “Makfa” düyülərini şübhə etmədən, inanaraq ala və istifadə edə bilərsiniz. Əgər “Makfa”nı alırsınızsa, bilin ki, siz evinizə sadəcə düyü yox, sağlamlığınız üçün düyüdəki faydaları alırsınız.

Bəs, düyünün insan sağlamlığına faydaları hansılardır?

Düyü bədənin gündəlik fol turşusu və B vitamini ehtiyacının 23 faizini qarşılayır. Bunun sayəsində hüceyrələrin yenilənməsinə yardım edir.

Tərkibindəki 15 növdən çox vitamin, mineral və faydalı antioksidantlar sayəsində düyü bədəni enerji ilə təmin edən əsl qida qaynağıdır.

Düyü həzm fəaliyyətini yaxşılaşdırır, onun vitamin B1 ehtiyacını ödəyir, dərini qoruyur, qan təzyiqinin yuxarı qalxması ilə mübarizə aparır, ürək-damar xəstəliklərinə yaxşı təsir göstərir.

Yeməyinizi “Makfa” düyüləriylə bişirin!

 

News

1 / 332
AZ EN RU