Regional mərkəzlər

 

«Aqrowest DC» MMC-nin məhsullarının müştərilərinə yaxın olması və onları vaxtı vaxtında təmin etmək üçün əksər şəhər və rayon mərkəzlərində öz daimi nüamyəndəliyini qurmuşdur. Bu nümayəndəliklər regional mərkəzlər olaraq fəaliyyət göstərməkdədirlər.

Satış şəbəkəsi

Hal-hazırda «Aqrowest DC» MMC olaraq Bakı şəhərində pərakəndə satış nöqtələri və şəbəkə marketlərlə uğurlu əməkdaşlıq etməkdəyik. Əhatə hədəflərimiz ildən-ilə artmaqdadır. Bizim əsas distribyusiya hədəfimiz keyfiyyətli tərəfdaşlıq və işgüzar əlaqələri daha da dərinləşdirməkdir.

Nəqliyyat Parkı

Tərkibində 65 ədəd İsuzu 3,5 ton olan və operativ olaraq daşıma işlərini həyata keçirən müasir avtomobil parkı məhsullarımızı qısa zamanda satış nöqtələrinə çatdırmaqdadır.

Müasir logistika kompleksi

Ölkə daxilində idxal edilən məhsulların xarici mühitlə əlaqəsini minimuma endirən müasir logistika sistemi həm yüklərin boşalma prosesini asanlaşdırır həm də onların zədələnməsini minimuma endirir.

Anbar

Ümumi sahəsi 11200 kv metr olan və fərqli saxlama şəraitinə malik müxtəlif kateqoriyalı məhsulları saxlamağa imkan verən müasir anbar kompleksi məhsulları xarab olmadan istehlakçılara çatdırmağa imkan verir.