Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibat və İqtisadiyyat sahələri üzrə);
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Kompüter bacarıqları: Microsoft Office (Excel, Word, Outlook)- Yaxşı;
- 1C 8.3 proqramında sərbəst işləyə bilmə bacarığı;
- Vergi Məcəlləsi üzrə biliklər;
- Mühasibat müxabirləşmələri bilikləri;
- Analitik düşünmə qabiliyyəti;
- İşi planlamaq bacarığı;
- Detallara diqqət göstərmə, davamlı öyrənmə və inkşafa meyillilik, hədəf və nəticə yönümlülük.
Vəzifə öhdəlikləri:
- İlkin mühasibat sənədlərinin, ciddi hesabat blanklarının düzgün hazırlanmasını yoxlamaq;
- Kreditor və debitorlar ilə üzləşdirmələrin aparılması;
- Şübhəli Debitor borclarının müəyyən edilməsi;
- Vaxtı keçmiş kreditor borcları müəyyən edərək hesabatın hazırlanması və onların ödənilməsi üçün ödəniş planının hazırlanması;
- Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq;
- Elektron Qaimə Faktrura, Hesab Fkturalarının işlənməsi;
- Aylıq maliyyə hesabatlarının hazırlanması və təhlil edilməsinə dəstək verilməsi;
- Konvertasiya əməliyyatlarını həyata keçirmək və mühasibat uçotunda əks etmək;
- Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək.
- Rəhbərliyin tələbi digər hesabatların hazırlanması.
İş Şəraiti:
- İş qrafiki: 5 gün
- İş Saatı: 09:00-18:00
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
- Əmək Haqqı: 1200 AZN.(net)
Maraqlanan namizədlər öz CV formalarını mövzu hissəsinə “ Mühasib” yazaraq [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.
Bu işə müraciət etmək üçün ətraflı məlumatlarınızı info@agrowestdc.az ünvanına göndərin.