Azərbaycan Silahlı Qüvvələr Günü

26.06.2021

Aqro-vest DC MMC - də  “Silahlı Qüvvələr Günü”

               Aqro-vest DC MMC – də Azərbaycan Respublikasının 26 İyun “Silahlı Qüvvələr Günü” qeyd olunmuşdur.

               Azərbaycan Respublikasının “Silahlı Qüvvələr Günü” nün  qeyd olunması 1918-ci ilin iyun ayının 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılması günü ilə bağlıdır. Beləki,Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən hər ilin İyun ayının 26-sı Azərbaycan Respublikasının “Silahlı Qüvvələri Günü”  kimi qeyd olunur.

                 Silahlı Qüvvələrin Ali Baş Komandanı,Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqəti, həmçinin aparılan təkmilləşmə və modernləşmə sayəsində, Silahlı Qüvvələrimiz nəinki, regionda, eləcə də dünyanın aparıcı orduları sırasındadır. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi nəticəsində Ordumuz 2020-ci ildə tarixə “44 Günlük Vətən Müharibəsi” adı ilə düşən əks-hücum əməliyyatları ilə 30 il düşmən tapdağında olan “Qarabağ” – işğaldan azad etmişdir.    

              Sentyabr ayının 27-dən Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin silahlı qüvvələri Ermənistan respublikası qoşunları tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması eləcə də digər ərazilərdə yaşayan vətəndaşların təhlükəsizliyinin təmini üçün əks-hücum əməliyyatlarına start vermişdir. Qısa zamanda artıq şanlı ordumuz qalib ordu olduğunu isbat etmişdir. “44 Günlük Vətən Müharibəsi” zamanı Aqro-vest DC MMC şirkəti ordumuza həmrəylik məqsədilə  Silahlı Qüvvələrə Yardım Fonduna 100 000 manat ianə etmiş, bundan başqa şəxsi heyət üçün ümumi dəyəri 200 000 manat olan, 18 276 cüt corab, 4250 ədəd isti papaq, 15 000 ədəd isti alt geyim dəsti, 5 000 cüt çəkmə, 5 000 ədəd siqaret və 22 500 ədəd birdəfəlik üzqırxanla təmin etmişdir.Həmçinin müəssisənin müxtəlif vəzifələrində  çalışan 28 nəfər əməkdaşı “Vətən Müharibəsi”ndə şərəf və ləyaqətlə xidmət etmiş və işğalda olan torpaqların azad edilməsi uğrunda Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı,cənab İlham Əliyevin sərəncam ilə medallarla təltif olunmuşdur.

                  Aqro-vest DC MMC-nin baş direktoru Anar Şərifov : “Bu gün biz Vətənin müdafiəsi yolunda Cənab Prezident ,Ali Baş Komandanın əmrini gözləyən ƏSGƏRLƏRİKHər zaman Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməyə hazırıq”

 

            Yaşasın Ali Baş Komandan  !!!

           Yaşasın Azərbaycan Xalqı   !!!

           Yaşasın Azərbaycan Əsgəri !!!