Karamel haqqında nəyi bilirik

17.01.2023

Karamel haqqında nəyi bilirik

Şirniyyatlar içərisində karamel ayrıca yer tutur və hamı tərəfindən ləzzət, dad qaynağı olaraq qəbul edilir.

Konfetin bir növü olan karamel şəkərin qaynadılması nəticəsində ortaya çıxan, qəhvəyi rəngli, dadlı şirniyyatdır.

Şəkərin karamelə çevrilməsi üçün onu 170 dərəcə selsidə qaynatmaq gərəkdir. Nəticədə şəkər malekulları oksidləşir, bəzi uçucu maddələr yox olur və ləzzətli karamel ortaya çıxır.

Karamel müxtəlif qənnadı məmulatlarında geniş istifadə olunur. Bu dadlı qidaya bir çox yeyəcəklərdə az da olsa rast gəlinir.

Yeməkləri yağda qovurduqda da onun səthində olan şəkər karamelə çevrilir. Bu üsul yeməklərin ləzzətini daha da artırmaq üçün istifadə olunur. Məsələn, soğanın yağda qızardılması karamelləşməyə səbəb olur və bununla da yemək yeni ləzzət qazanır.

Bildirək ki, karamel latın dilindəki “cannamella” sözündəndir, anlamı “şəkər qamışı” deməkdir.

Karamellər qənnadı müəssisələrində əsasən sərt və dolğulu olaraq hazırlanır. O, müxtəlif şirniyyatların üstünü bəzəmək, eləcə də içini doldurmaq üçün geniş istifadə edilir.

“Aqro-Vest DC” MMC olaraq dünyanın bir çox ölkələrindən respublikamıza müxtəlif çeşiddə qənnadı məhsulları idxal edirik, onların da içərisində karamellər ayrıca yer tutur.

Məsələn, tərəfdaşımız olan Ukraynanın məşhur “Roshen” Qənnadı Zavodunun eyniadlı brendinə məxsus 20-yə yaxın karameli ölkəmizə gətiririk.

Eləcə də Rusiyanın tanınmış “Azovskaya” qənnadı müəssisəsinin də karamellərini yerli istehlakçılara biz təqdim edirik.

Ölkəmizin hər yerində adıçəkilən brendlərə məxsus ləzzətli karamelləri ala bilərsiniz.

Новости

1 / 335
AZ EN RU