“Sloboda” mayonezinin ləzzət fərqini hiss edin

23.01.2023

“Sloboda” mayonezinin  ləzzət fərqini hiss edin

Mayonez – bitki yağı, yumurta sarısı, sirkə, şəkər, duz, xardal və başqa ədviyyatların qatışığından hazırlanan soyuq sousdur.

O, mətbəxdə ən çox istifadə olunan məhsullardan biridir. Xanımlar bu sousu ən çox salatlarda, ət və toyuq qızartmalarında istifadə edirlər. Avropa və Amerika standartlarına uyğun olaraq mayonezin yağlılığı 70-80 % olmalıdır.

Mayonez tərkibini təşkil edən məhsulların nisbətindən asılı olaraq şirintəhər, acı, şit, yağlı, eləcə də qatı və duru ola bilər.

Adıçəkilən sousun xeyiri tərkibində olan inqridientlərin keyfiyyətindən birbaşa asılıdır. Odur ki, istehsalçılar müştəri məmnunluğunu təmin etmək üçün bütün bacarıqlarını səfərbər edərək yüksək keyfiyyətli, sağlam tərkibli mayonez istehsal etməyi hədəf seçirlər.

Klassik reseptə əsasən, mayonezin başlıca hissəsini A, D, E, K, P vitaminlərlə zəngin olan və dərini cavanlaşdıran təbii bitki yağı təşkil edir.

Düzdür, bəzi xanımlar mayonezi evdə də hazırlaya bilirlər. Bu əziyyətə qatılaşmağa həvəsiniz, ona xüsusi vaxt ayırmağa imkanınız yoxdursa, biz sizə Rusiyadan idxal etdiyimiz “Sloboda” brendinə məxsus müxtəlif çəkilərdə qablaşdırılmış 200, 400, 800 və 900 milli litrlik mayonezlərin istifadəsini tövsiyə edirik.

“Sloboda”  mayonezlərini yedikdə ləzzət fərqini ilk andaca hiss edəcəksiniz. Sonra isə bu mayonezlərini hər yerdə axtaracaqsınız.

Новости

1 / 336
AZ EN RU