Ərzaq təhlükəsizliyinin qorunmasında “Aqro-Vest DC” MMC-nin ayrıca rolu var

27.01.2023

Ərzaq təhlükəsizliyinin qorunmasında “Aqro-Vest DC” MMC-nin ayrıca rolu var


Ölkəmizin  ərzaq təhlükəsizliyinin qorunmasında “Aqro-Vest DC” MMC-nin ayrıca rolu var. Bu baxımdan şirkətimiz ölkəyə idxal etdiyi məhsulların keyfiyyətinə güclü nəzarət edir.

Şirkətimizin Keyfiyyət şöbəsinin müdiri Mahir Əliyevin sözlərinə görə, idxal edilən bütün məhsulların partiyaları Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılaraq təhlükəsiz qida setifikatı ilə təmin olunur: 

“Məhsulların anbara qəbulu zamanı keyfiyyət planlarına uyğun olaraq  mütəxəsislərimiz tərəfindən məhsullara baxış keçirilir, xüsusi ölçmə cihazları vasitəsilə daşıma tədrükçülərdən anbara qəbula qədər daşıma şərtlərinin uyğunluğu yoxlanılır. Eləcə də idxal olunan məhsullar xarici qida laboratoriyalarına da təqdim edilərək keyfiyyət yoxlamaları aparılır. Şirkətimizin qida məhsullarının ideal şəraitdə saxlanması üçün standartlara cavab verən anbarları mövcuddur. Məhsul saxlama anbarlarımızda, nəqliyyat vasitələrimizdə müasir texnologiyaların tətbiqi ilə idxal edilən məhsulların saxlanması və müştərilərə təqdim edilməsi mərhələlərinə də daimi nəzarət olunur.”

Qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübədən yararlanmağa gəldikdə isə şöbə müdiri bildirir ki, xidmət кeyfiyyətinin yüкsəldilməsini və qida təhlükəsizliyini təmin edən İSO 22000:2018. “Qida təhlükəsizliyinin idarəetmə sistemləri - qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər” beynəlxalq standartından yararlanırıq. İSO 22000 beynəlxalq standart olaraq  yeyinti məhsullarının yaradılmasından tutmuş onun son istifadəsinə qədər qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə imkan verən beynəlxalq standartdır.

Bəs, vaxtı keçmiş məhsulların məhv edilməsilə bağlı işlər necə aparılır? M.Əliyev qeyd edir ki, istehlakçıların sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün yeməyə yararsız və istifadə müddəti bitmiş məhsulların məhvi həyata keçirilir. Bütün məhvetmə prosesləri  xüsusi  tullantıların zərərsizləşdirilməsi poliqonunda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə gerçəkləşir.

Новости

1 / 323
AZ EN RU