Arpa yarması

09.01.2023

Arpa yarması

Fiziki baxımdan güclü və sağlam olmaq istəyirsinizsə, sizə təklif etdiyimiz bu məhsulu tükətməyə başlayın. Söhbət arpa yarmasından gedir. Arpa insanın əkib-becərdiyi ən qədim bitkilərdəndir.

Ölkəmizə idxal etdiyimiz yemək məhsulları içərisində arpa yarması da var. Bu, məşhur “Makfa” şirkətinin istehsalı olan 800 qramlıq arpa yarmasıdır.

Qeyd edək ki, bu yarma arpa dənələrinin qabıqdan çıxarılmış və bişirilməyə hazır halıdır. Yarmadan başlıca olaraq şorba və sıyıqların hazırlanmasında istifadə edilir.

Mütəxəssislərin fikrincə, arpa yarmasının tərkibi dəmir, kalium, kalsium, sink, marqans, molibden, kolbat kimi mikroelement və vitaminlərlə zəngindir. Onun tərkibində olan fosfor, B, A, D, E, PP vitaminləri orqanizm üçün çox faydalıdır.

Arpa sıyığı sidikqovucu, bəlğəmgətirici, qan təmizləyici, sakitləşdirici, iltihab əleyhinə təsirə malikdir.

Öskürək, soyuqlama, piylənmə, qəbizlik, süd vəzi xəstəlikləri zamanı arpa yarmasından istifadə etməkdə fayda var.

Arpa yarmasından müxtəlif pəhrizlərdə istifadə edilir. O qaraciyər üçün çox xeyirlidir.

Sidikqovucu özəlliyi olan arpa sidik yolunu və kisəsini təmizləyir.

Böyrəklərdə yığılan daş və qumu orqanizmdən xaric edir.

Miqren və baş ağrılarını azaldır, yuxusuzluq problemini həll edir, qızdırmanı aşağı salır.

Qan azlığından əziyyət çəkənlərə müsbət təsir edir.

Bildirək ki, 2016-cı ildə “Aqro-Vest DC” MMC ilə Rusiyanın “Makfa” fabriki arasında makaron, un və dənli bitki məhsullarının ölkəmizdə distribusiya edilməsi hüququnu təqdim edən müqavilə imzalanıb.

Beləliklə, dadlı yeməklərinizi “Makfa”nın arpa yarmasından hazırlayın.  

Новости

1 / 333
AZ EN RU