“Bim-Bom” – unudulmayan dörd meyvə dadı

12.01.2023

“Bim-Bom” – unudulmayan dörd meyvə dadı

“Bim-Bom” karameli nəinki uşaqların, hətta böyüklərin də ən sevimli şirniyyatlarından biridir. Ukraynanın “Roshen” Qənnadı Zavodunun istehsalı olan “Bim-Bom” karamelləri yerli bazarda istehlakçılar tərəfindən rəğbətlə qarşılanır.

Bu karamel özünün dadı və zərifliyi ilə diqqəti çəkir. Günün istənilən çağında çay içmək üçün əla bir şirniyyatdır. Yumru forması və qeyri-adi ətiri olan bu məhsul qırmızı, sarı, yaşıl və narıncı rəngdədir.

"Bim-Bom" özündə 4 meyvə və giləmeyvənin dadını təmsil edir: çiyələk, armud, portağal və ananas. Bu dadları duymaq üçün “Bim-Bom” almağa dəyər.

Kimyasal olmayan dada sahib karamelin qabığı bir az qalındır. Bu özəlliyi onu çubuqlu “chupa-chup”a da bənzədir.

“Bim-Bom”un bütün dadı onun özəyinə gizlənib. Özünəməxsus şirin bir dolğudan ibarət olan özək məhsulun bütün dadını hiss etməyə, ondan ləzzət almağa yardımçı olur.  

Şəkər və patkadan (tam şəkərləşməmiş nişastadan ibarət şirin qatı maddə) hazırlanan ətirli, rəngli konfet növü olan karamellər qənnadı müəssisələrində başlıca olaraq iki növdə sərt və dolğulu hazırlanır.

Bildirək ki, “Roshen” Qənnadı Zavodu dünyanın ən böyük şirniyyat məmulatları istehsalçılarından biridir. Zavodun istehsal müəssisələri beynəlxalq keyfiyyət və qida təhlükəsizliyi standartlarının tələblərinə uyğun sertifikatlaşdırılıb. Yerli və dünya bazarına təqdim olunan qənnadı məmulatları ən müasir texnologiyalara uyğun hazırlanır.

Новости

1 / 332
AZ EN RU