12 Noyabr – Konstitusiya Günüdür

11.11.2022

12 Noyabr – Konstitusiya Günüdür

12 Noyabr – Azərbaycan Respublikasının əsas qanununun — Konstitusiyamızın qəbul edildiyi gündür. İndiki Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilib.

 Bu, Azərbaycan Respublikasının müstəqilliyi bərpa olunduqdan sonra qəbul edilən ilk Konstitusiyasıdır. Xatırladaq ki, Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub.

 Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.

Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlanılıb.

1994-cü ildə Ümummilli Lider, Prezident Heydər Əliyevn sədrliyi ilə konstitusiya komissiyası fəaliyyətə başlayıb və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olunub.

Azərbaycanın indiki Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 (164) maddədən ibarətdir. Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib. Qeyd edək ki, 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i Konstitusiya Günü elan edilib.

 

Новости

1 / 322
AZ EN RU