“Dubki”nin “Lyubitelskaya” bişmiş kolbasasında endirim

25.11.2022

“Dubki”nin “Lyubitelskaya” bişmiş kolbasasında endirim


Rusiyanın “Dubki” şirkətinin kolbasa və sosiskaları “Aqro-Vest DC” MMC tərəfindən bu ilin iyun ayında ölkəmizə gətirilib.

Hazırda Azərbaycan bazarında “Dubki”nin 6 çeşidi sosiska, bişmiş kolbasa, bişmiş və hisə verilmiş şəkildə “1+1” olaraq müştərilərə təqdim edilir. Məhsulun üstün cəhəti bağlama şəklində olmasıdır.

Bir müddət əvvəl “A plus” supermarketlərində adıçəkilən məhsulun “Lyubitelskaya” bişmiş kolbasası 15 manat 59 qəpikdən 9 manat 99 qəpiyə enib. İndi bu məhsul endirimli qiymətlə alıcılara təklif edilir.

“Aqro-Vest DC” şirkətinin başlıca məqsədi “Dubki” məhsullarının yerli bazarda geniş və keyfiyyətli distribusiyasını həyata keçirməkdir.

Xatırladaq ki, “Dubki” ət emalı zavodu 2001-ci ildə Rusiyanın Saratov vilayətinin eyni adlı kəndində yaradılıb. Ölkənin ən böyük ət emalı müəssisələrindən biridir. İstehsal həcminə görə, Rusiya ət emalı zavodları arasında üç liderdən biridir. Gündəlik istehsal 350 tona yaxındır. 

Новости

1 / 322
AZ EN RU