Qarabaşağınız “Makfa”dan olsun

21.12.2022

Qarabaşağınız “Makfa”dan olsun


Hamının pəhriz yeməyi kimi tanıdığı qarabaşaq dənli bitkilər arasında ən sağlam qidalardan biridir. Bu möcüzəli bitkinin insan sağlamlığı üçün faydalarını saymaqla bitməz.

“Aqro-Vest DC” MMC olaraq Rusiyanın qida sənayesi sahəsində tanınmış “Makfa” şirkətinin eyni adlı brendinə məxsus 800 qramlıq qarabaşaq məhsulunu yerli müştərilərə tövsiyə edirik.

Qarabaşaqdan hazırlanan yeməklər milli mətbəximizin bəzəyinə çevrilib. Mütəxəssislər hər bir insanın həftədə ən azı üç dəfə qarabaşaq yeməsini məsləhət görürlər. Niyə? İndi biləcəksiniz.

-qarabaşaq fosfor, xlor, dəmir, kalsium, maqnezium, mis, kobalt, kükürd, yod, sink, nikel, ftor, natirium, titan, dəmir kimi mikroelementlərlə, A, E, PP, B qrup vitaminləri ilə zəngindir;

-tərkibində çoxlu zülal olduğundan onu ətlə müqayisə etmək olar;

-mədə-bağırsaq sisteminin normal fəaliyyəti üçün çox gərəklidir;

-qarabaşaqdan ardıcıl istifadə etməklə orqanizmdə olan şlakları və başqa zəhərli maddələri xaric etmək mümkündür;

-qanda şəkərin miqdarını normada saxlayır, buna görə də diabet xəstələrinə qarabaşaqdan istifadə etmək faydalıdır;

-yüksək qan təzyiqini aşağı salır;

-ekoloji təmiz qida sayılan qarabaşaq qaraciyərə də müsbət təsir göstərir, onun fəaliyyətini yaxşılaşdırır;

-onun faydalarından biri də böyrəklərin fəaliyyətini normallaşdırmasıdır;

-ən başlıca özəlliyi isə bağırsaqların florasını bərpa etməsidir;

Adətən, insanlar qarabaşağı bişmiş şəkildə istehlak edirlər. Mütəxəssislərin fikrincə, onu çiy yemək daha faydalıdır. Belə olduqda onun  tərkibi ölmür, sağlam, diri qalır. Bunun üçün kasaya bir-iki ovuc quru qarabaşaq töküb üstünə isti, yaxud soyuq su əlavə edin. Gözlərinizə inanmayacaqsınız: suyu bütünlüklə canına çəkən qarabaşaq tez bir zamanda şişərək yumşalacaq, bununla da yemək üçün hazır duruma gələcək.

Biz sizə “Makfa”nın qarabaşaqlarını tövsiyə edirik. 

Новости

1 / 333
AZ EN RU