Su çərşənbəniz mübarək

21.02.2023

Su çərşənbəniz mübarək


Əski çağlarda xalqımız Novruzdan öncəki son bir ayı “boz ay” adlandırırdı. Artıq dünəndən boz ay başlayıb. Boz ay həm də çərşənbələr ayıdır.

Bu gün isə xalqımız ilk – su çərşənbəsini qeyd edir. Su çərşənbəsində suyun müqəddəs mahiyyətinə inam ifadə olunur.

Sözügedən çərşənbə babalarımızın suya tapınma inamı ilə bağlıdır. Keçmişdə hələ gün doğmamışdan hamı su üstünə gedər, əl-üzünü yuyar, ev-eşiyə su çiləyər, su üstündən atlanardı.

Xalqın inamına görə, su çərşənbəsi günü "təzə su"dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olardılar.

Çox qədimdən xalqımız boz aydakı dörd çərşənbəni bayram səviyyəsində qeyd edir. Bu gün də hər kəsin evində su çərşənbəsi münasibətilə süfrə açılacaq, Novruzun gəlişi inam və səbrlə gözləniləcək.

Çərşənbə süfrəsinin ən baş yeməyi şübhəsiz ki, plovdur. Plovu isə hər düyüdən bişirmək olmur. Biz sizə ölkəmizə idxal etdiyimiz “Makfa” düyülərini tövsiyə edirik.

Plovun üstündə isə ət qarasının olması qaçılmazdır. Onu bişirmək üçün də “Slavyanskoe” və “Belmas” kimi təmiz kərə yağlarımızdan yararlana bilərsiniz.

Hazırlayacağınız salatlara isə “Sloboda” mayonezləri əvəzolunmaz dad qatacaq.  

Bundan başqa “Dyadya Vanya” brendinə məxsus müxtəlif turşular da süfrənizin ləzzətini artıra bilər.

İdxal məhsullarımızı bütün supermarketlərdən əldə edə bilərsiniz.

Su çərşənbəniz mübarək!

Новости

1 / 333
AZ EN RU