Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

12.12.2022

Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib


Dekabrın 12-də “Aqro-Vest DC” şirkətində Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

Şirkət əməkdaşları öncə görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözüylə şirkətin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Soltan Qaliboğlu açaraq Azərbaycanın ictimai-siyasi həyatında, dövlətçilik tarixində ayrıca xidmətləri olan Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında məlumat verib.

Bildirilib ki, Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik edib. Rəhbərliyinin birinci dönəmində Sovet Azərbaycanında geniş quruculuq işləri həyata keçirilib.

İkinci dönəm rəhbərliyi isə ölkəmizin müstəqilliyinin kövrək və çətin ilk on ilini əhatə edib. Onun siyasi iradəsi ilə Qarabağ savaşında atəşkəsə nail olunub və bundan sonra xarici şirkətlərlə neft müqavillələri imzalanıb, ölkə iqtisadi inkişaf yoluna qədəm qoyub.

“Aqro-Vest DC” MMC-nin hüquqşünası, istefada olan polis polkovniki Rafiq Abbasov Ümummilli liderlə bağlı xatirələrini danışıb. O, Sovet dönəmində Heydər Əliyevin bir sıra mühüm işlərə imza atdığını vurğulayıb: “Belə işlərin ən böyüyü ölkəmiz üçün milli, hərbi kadrlar hazırlayan C.Naxçıvanski adına Hərbi Məktəbin yaradılması idi. Bundan başqa o, mədəniyyət, incəsənət sahələrinə, bu sahədə çalışan insanlara xüsusi diqqət ayırırdı.”

Tədbirdə şirkətimizin əməkdaşları Elvin İsmayılov, Araz Qurbanov, Mahir Əliyev, Elvin Aslanov və başqaları böyük siyasi xadim, dövlət adamı Heydər Əliyevlə bağlı fikirlərini bölüşüblər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev ili" elan olunub. 

Новости

1 / 322
AZ EN RU