"Aqro-Vest" DC Şirkəti dünyanın 9 ölkəsindən 20 dən cox şirkət ilə əməkdaşlıq yaradaraq, bir neçə qrup istiqamətdə yüksək və ilkin tələbat ərzaq məhsullarının təmsil olunmasını uğurla inkişaf etdirir.

Təmsil olunmaqda keyfiyyətli yanaşma - Şirkətin əsas məqsədidir.

Əməkdaşlıq etdiyimiz şirkətlər

 

“Fonterra”  fabrikinin əsası 1871- ci ildə Yeni Zellandiyada qoyulmuş və süd məhsulları istehsalı ilə məşğuldur. 10500 fermer ailəsi olmaqla toplamda 22000 əməkdaşa sahibdir.Təxminən 30% süd məhsullarının ixracı məhz bu fabrikin üzərinə düşür.

Ətraflı

Fabrik 1997-ci ildə Rusiyanın Omsk vilayətində istehsala başlamışdır.Qənnadı məhsulları istehsalına görə Rusiyanın aparıcı fabriklərindən biridir.Fabrikin missiyası daim müştəri tələbatlarına uyğun məhsullar istehsal etməkdir.

Ətraflı

1995-ci ildə əsası qoyulmuş "Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyət iki əsas istiqamətdə - gündəlik tələbat mallarının topdan satışı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərir. Qənd istehsalı, çərəz və dənli malların emalı və qablaşdırılması sahəsində istehlakçıların maraq və tələbatlarını müvəffəqiyyətlə təmin edən şirkət, həmçinin Rusiya, Almaniya, Türkiyə, Gürcüstan, Çin, Ukrayna, BƏƏ, Hindistan və digər ölkələrdən olan 50-dən artıq istehsalçı firma ilə əməkdaşlıq edərək uğurlu distributorluq fəaliyyəti həyata keçirir.

Ətraflı

Dımov fabriki 2001-ci ildə qurulmuşdur.Moskvadakı  müəssisənin ümumi istehsal həcmi ayda təxminən 1600 ton, Krasnoyarskdakı müəssisənin isə ayda təxminən 600 tondur.Hazırda 300-dən çox adda kolbasa, sosis, sardelka və delikates istehsal edir. Premium seqment üçün çeşidləri mövcuddur. 2019-cu ildən Azərbaycan bazarına idxal edilir

Ətraflı