12 Noyabr – Azərbaycan Respublikasının əsas qanununun — Konstitusiyamızın qəbul edildiyi gündür.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlanılıb.
1994-cü ildə Ümummilli lider, Prezident Heydər Əliyevin sədrliyi ilə konstitusiya komissiyası fəaliyyətə başlayıb və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olunub.
Azərbaycanın indiki Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib.
Qeyd edək ki, 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i Konstitusiya Günü elan edilib.


