27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhidlərimiz ziyarət olunub

  • Home
  • Events
  • 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhidlərimiz ziyarət olunub

Sentyabrın 27-si ölkəmizdə Anım Günüdür. Xalqımız Qarabağ savaşında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən igid əsgər və zabitləri – müqəddəs şəhidlərimizi dərin ehtiramla yad edir.

Bununla əlaqədar “Aqro-Vest DC” MMC-nin əməkdaşları Şəhidlər Xiyabanında  yurdumuzun azadlığı yolunda qəhrəmancasına canından keçmiş əziz şəhidlərimizi ziyarət edib, məzarları üzərinə tər qərənfillər düzüblər.

Qeyd edək ki, ölkə prezidenti cənab İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!