Hər bir müəssisənin dayanıqlılığı və inkişafı məhz onun komandasında olan mütəxəssislərdən asılıdır. AQRO-VEST DC MMC komandasının üzvləri ixtisaslı mütəxəssislər, istedadlı gənclərdən ibarət bir kollektivdir. Şirkət, əməkdaşların potensialını inkişaf etdirməyə, peşə və bacarıqlarının artırılması imkanını verir. Heyətimiz üçün mütəmadi olaraq daxili korporativ tələb və mövcud bazar tələbatına uyğun təlimlər keçirilir. Biz məşğulluğun təmin olunması istiqaməti üzrə dövlət planının konsepsiyasını rəhbər tutaraq, ölkəmizdə kadrların hazırlanmasına, inkişafına və məşğulluğun təmin olunmasına ciddi diqqət yetiririk.

 

 

     Satınalma - Marketinq komandası şirkətin uyğun kateqoriyada rentabelli, məhsullarının beynəlxalq sertifikatlarla öz keyfiyyətini təsdiq etmiş yeni partnyorların cəlb edilməsi, çoxillik müqavilələrin hazırlanması, həmin brendlərin daxili bazarda inkişafını və müştəri məmnuniyyətini, sadiqliyini təmin edir.


     Satış komandası daxili bazarda bütün satış kanallarında çalışdığımız satış nöqtələrini həftəlik ziyarət edərək, dağıtım və satışını həyata keçirdiyimiz məhsulların sifarişini qəbul edir. Məhsulların rəflərdə saxlanma şəraitinə nəzarət edir, həmçinin FİFO və merçendayzinq qaydalarına uyğun sərgilənməsini həyata keçirir.


     Müasir beynəlxalq tələblərə cavab verən Logistika infrastrukturumuz məhsulların spesifikasiyalarına uyğun qəbulu, saxlanması və paylanmasını yüksək səviyyədə həyata keçirir. Müştərilərimizdən qəbul olunan sifarişlərin Azərbaycan daxilində bütün satış nöqtələrinə maksimum 24 saat müddətində çatdırılması təmin edilir.


     Maliyyə-Mühasibatlıq komandası şirkətin maddi və qeyri-maddi kapitalının düzgün idarə edilməsini, şirkətin investisiya qoyuluşundakı rentabellik, risklərin ölçülməsini, həmçinin bütün vəsait və hesablaşmaların uçotunu həyata keçirir.


     İnformasiya Texnologiyaları komandası şirkətin avtomatlaşdırılmış sistemlərinin, həmçinin şirkətin digər informasiya sistemlərinin davamlı fəaliyyətini təmin edir, biznes xərclərinin azaldılması, müasir tələbata uyğun texnologiya və proqramlaşdırmanı həyata keçirir, informasiya təhlükəsizliyini təmin edir.


     Təftiş və Audit komandası şirkətin əməkdaşlıq etdiyi satış nöqtələrində hesablaşmaların, həmçinin şirkətin satdığı məhsullarının rəflərdə sərgilənməsinin, keçirilən ticari-marketinq aksiyalarının düzgün tətbiqinə nəzarət edir. Şirkətin anbar və ofislərində olan maddi vəsaitlərin invertizasiyasını həyata keçirir.


     İşə qəbul komandamız şirkətə daim müvafiq sahələrə ən uyğun mütəxəssisləri cəlb edir. İnsan resursları departamenti komandası əməkdaşların peşə və bacarıqlarının artırılması, karyera yüksəlişi istiqamətində daim təlimlər, seminarlar keçirir. Şirkət əməkdaşlarının sosial-mədəni rifahının daim yüksək tutulması istiqamətində kollektiv mədəni tədbirlər təşkil edilir.


     Keyfiyyət şöbəsi şirkətin prosedur və daxili normativ sənədlərin hazırlanmasını təmin edir, müvafiq olaraq təyin olunan qaydalara riayət edilməsinə nəzarət edir. Şirkətin satışını həyata keçirdiyi məhsulların bütün etaplarda: anbara qəbulu, anbarda saxlanılması, satış nöqtələrinə daşınması zamanı mövcud standartlar və müştərilərin tələblərinə cavab vermək üçün keyfiyyətə nəzarət üzrə işlərin təşkilini həyata keçirir.

 

AZ EN RU