Partnyorlar

Azovskaya Konditerskaya fabrika
Azovskaya Konditerskaya fabrika

Azov şirniyyat fabriki Rusiyada ən iri kozinak, halva, Şərq şirniyyatı və təbii şirniyyat məmulatları istehsalçılarından biridir. Müəssisə tarixi iyirminci əsrin 90-cı illərin sonundan başlayır.

AVK
AVK

AVK - qənnadı məmulatları istehsalına görə, Ukraynanın 3 əsas fabrikləri sırasına daxildir. Fabrik əsasən şokolad, konfet, peçenye, jele-konfet və digər şirniyyat məhsullarını ən yüksək keyfiyyətdə istehsal edir.

Agral butter
Agral butter

"Agral Butter" istehlakçılar üçün yağ istehsal edir. Agral Butter ənənə ilə unikal yağ hazırlamaq üçün ideal tərəfdaşdır. 40 ildən artıqdır ki, "Agral Butter" təbii inqrediyentlərə tam uyğun olaraq,müxtəlif növ istehlakçılara geniş çeşiddə yağlar təklif etmək üçün əhəmiyyətli nou-hau inkişaf etdirmişdir. Hər bir bazarın fərqli olduğunu və istehlakçı meyllərinin zamanla dəyişdiyini dərk edən "Agral Butter" son dərəcə çevik və açıq bir yanaşma ilə onu bütün ehtiyaclarınıza və gözləntilərinizə cavab verən yağ hazırlamaq üçün ideal tərəfdaşa çevirir.

Belovejskie pendirləri
Belovejskie pendirləri

“Belovejskie pendirləri”  ASC-ti 1938-ci ildə Vysokovsky pendir fabrikinin bazasında təsis edilmiş və ənənəvi şüyüd pendirlərinin istehsalına başlamışdır. Texnologiya və zaman müəssisənin inkişafına öz töhfəsini verdi. 2003-cü ildə zavod modernləşdirildi. Çeşid sayı bir neçə növ pendir və kərə yağından bir neçə yüzə qədər genişləndi.

BKK Kolomenskoye
BKK Kolomenskoye

BKK "Kolomenskoye" 1956-cı ildən fəaliyyət göstərir. Hal-hazırda fabrik un məmulatları və qənnadı məhsullarının istehsalı üzrə Moskva bazarında lider mövqe tutur. İllər ərzində sübut edilmiş təcrübəyə əsaslanaraq şirkət uğurla inkişafını davam etdirir. Müasir avadanlıq və yeniliklərin istifadəsi Kolomensky BKK-nın Rusiya və MDB-də ən əhəmiyyətli un məmulatları məhsulları və vaflili tort istehsalçılarından birinə çevrilməsinə imkan verdi.

Caffino
Caffino

Caffino – İndoneziyanın əsl qəhvə və həqiqi süddən hazırlanan ilk həll olunan qəhvəsidir. Caffino qəhvəsinin hər latte köpük qurtumunda onun tərkibindəki təbii süd və qəhvənin dadını hiss edəcəksiniz.

Damate
Damate

"Damate" şirkətlər qrupu (GC "Damate") Rusiya kənd təsərrüfatı holdinqi, niş ət bazarı üzrə kateqoriyalı ekspertdir. Şirkətin portfelində hinduşka, ördək, quzu kimi ət növlərinin istehsalı üzrə layihələr var. Bundan əlavə, Damate südçülük, süd emalı və genetikanı inkişaf etdirir.

Dımov
Dımov

“Dımov” fabrikinin əsası 2001-ci ildə qoyulmuşdur. Moskvadakı müəssisənin ümumi istehsal həcmi, aylıq 1600 ton təşkil edir. Krasnoyarskidəki müəssisənin isə, aylıq istehsal həcmi 600 tondur. Əsasən fabrik kolbasa, sosiska, sardelka və digər ət məhsulları istehsalı ilə ixtisaslaşıb. 2019-cu ildən fabrikin məhsulları Azərbaycan bazarına idxal edilir. 

Dadya Vanya
Dadya Vanya

“Dadya Vanya” hər il məhsul xəttini genişləndirir və portfelində 100-ə yaxın məhsul adı var.Brendin çeşidi çox müxtəlifdir-marinə edilmiş tərəvəzlər,tərəvəz qəlyanaltıları,souslar,hazır nahar yeməkləri və daha çox.

Dubnomoloko
Dubnomoloko

Unikal “Komo” pendirləri istehsal edən “Dubnomoloko” pendir fabriki Ukraynanın ən böyük müəssisələrdən biridir. Zavodda bərk və emal olunmuş pendirlərin istehsalı üçün ən müasir avadanlıq quraşdırılıb, bütün mərhələlər avtomatlaşdırılıb. Bunun sayəsində şirkət hər il unikal reseptlər üzrə 15 milyon kq-dan çox sərt pendir və 4 milyon kq. emal olunmuş pendir istehsal edilir.

AZ EN RU