“Aqro-Vest DC” MMC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

  • Home
  • Events
  • “Aqro-Vest DC” MMC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

 

Yanvarın 17-də “Aqro-Vest DC” MMC-də 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.

Toplantının başlanğıcında iştirakçılar faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri şirkətimizin ictimaiyyətlə əlaqlər üzrə mütəxəssisi S.İmaməliyev açaraq 20 Yanvar faciəsinin xalqımızın tarixində qanlı əməl kimi qaldığını diqqətə çatdırıb. Qeyd edib ki, bu hadisə qanlı Sovet imperiyasının sonu, Azərbaycanın müstəqilliyinin özülü oldu.

Bildirilib ki, bu faciənin başlıca səbəblərindən biri Sovet rəhbərliyinin Azərbaycan xalqının taleyinə saymaz yanaşması, Ermənistanın Qarabağı ələ keçirmək istəyinə, eləcə də 200 minə yaxın soydaşımızın Qərbi Azərbaycandan qovulmasına göz yumması idi. Xalqımız da bu hadisələrdən hiddətlənərək meydanlara çıxdı, imperiya başçılarından haqqını tələb etdi, sonucda qanına qəltan oldu.

Yanvarın 19-dan 20-nə keçən gecə baş verən bu hadisələrdə əliqanlı imperiya ordusu 131 nəfəri qətlə yetirdi, 744 nəfəri yaraladı, 400-dən çox adamı isə həbs etdi.

Tədbirdə həm də bu faciəyə həsr olunmuş “20 Yanvarda doğulanlar” sənədli filmi izlənilib. Filmdə faciə baş verən gün Xəzər dəniz buxtasının mülki gəmi kapitan və əməkdaşlarının göstərdikləri fədakarlıq öz əksini tapıb.