Qurban bayramınız mübarək!

Qurban bayramı islam aləmində ən müqəddəs bayramlardan biridir. Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.

Qeyd edək ki, qurban kəsmək adəti islamdan çox-çox əvvəl dünyanın bir sıra xalqlarında qeyd edilib. Məsələn, karfagenlilər allah saydıqları Moloxa qarşısında borclarını ödəmək üçün uşaqlarını qurban verirdilər. Şərq xalqlarında da öz qızlarını qurban vermək adəti olub.

Həzrəti Məhəmmədin İslam dini Allaha qurban verməkdə də əvəzsiz inqilab yaratdı. Bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bu cür qurbanı qadağan etdi. İslam dini buyurdu ki, insan yerinə müəyyən heyvanlar qurban kəsilməlidir. Qurban mərasiminin vaxtı da müəyyənləşdirildi, onu ildə bir dəfə Zilhiccə ayının 10-da keçirməyi qanuniləşdirdilər.

Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, ənənələrinə, milli, dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı. Qurban bayramı ölkəmizdə iki gün qeyd olunur.

“Aqro-Vest DC” MMC xalqımızı Qurban bayram münasibətilə təbrik edir, Allahdan kəsilən qurbanların, edilən duaların qəbul olunmasını diləyir.

Qurban bayramınız mübarək olsun!

Şərh bildir