Şəffaf münasibətlər – biz partnyorlarımız və müştərilərimizlə münasibətdə qarşılıqlı faydalılığa əsaslanır, istehlakçılara təqdim olunan məhsullara xüsusi həssaslıqla yanaşırıq.
Hörmət və – əməkdaşlarımıza verdiyimiz dəyər bizim uğurumuzun başlıca səbəblərindəndir. Biz çalışdığımız hər kəsin – əməkdaşlarımızın, partnyorlarımızın və istehlakçılarımızın qayğıları ilə yaxından maraqlanırıq. Hər bir ideya və təkliflərin müzakirəsinə açığıq.
Bütövlük – biz işimizi ədalətli və vicdanlı şəkildə həyata keçiririk.
Əxlaq – biz etik qaydalara riayət etməklə yanaşı, qanuni və hüquqi normalara əməl edirik.
Cavabdehlik – biz öz öhdəliklərimizə cavabdehik.
Sağlamlıq və təhlükəsizlik – biz sağlamlığın qorunması və insanların sağlam qidalanmasına önəm veririk.
Əzmkarlıq – biz risklərimizi rasional şəkildə biznes vahidlərimizlə bölüşərək uzunmüddətli inkişaf yolunda irəliləyirik. Bizim əsas dəstəkçilərimiz cəmiyyətdir.
Ətraf mühit – biz gözəl anlayarıq ki, bir vaxtlar tükənməz hesab olunan təbii sərvətlər belə, artıq tükənməyə doğru gedir. İnsan təbiətin bir hissəsi olaraq, fəaliyyətini elə qurmalıdır ki, təbiətin ahəngi pozulmasın.