Tədbirlər

Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

Mayın 27-də “Aqro-Vest DC” MMC-də 28 May Müstəqillik Günü ilə bağlı tədbir keçirilib. Toplantını şirkətin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi S.İmaməliyev açaraq bu günün xalqımızın dövlətçilik tarixində mühüm yer tutduğunu diqqətə çatdırıb. Bildirilib ki, 1918-ci ildə babalarımız Şərqdə və türk dünyasında ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasını (ADR) qurdular. Gerçək şərtlər bu dövlətin yaranması üçün […]
Daha ətraflı

Qurban bayramınız mübarək!

Qurban bayramı islam aləmində ən müqəddəs bayramlardan biridir. Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur. Qeyd edək ki, qurban vermək, qurban kəsmək adəti islamdan çox-çox əvvəl dünyanın bir sıra xalqlarında qeyd edilib. Məsələn, karfagenlilər […]
Daha ətraflı

“Aqro-Vest DC” MMC 10 illik yubileyini qeyd edib

Mayın 15-də “Aqro-Vest DC” MMC-nin fəaliyyətə başlamasının 10 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Tədbiri giriş sözüylə açan şirkətin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi S.İmaməliyev bildirib ki, 10 il öncə əsası qoyulan “Aqro-Vest DC” MMC bu gün ölkə iqtisadiyyatına mühüm töhfə verən aparıcı şirkətlərdən birinə çevrilib. Onun sözlərinə görə, şirkət artıq etibarlı distribüter, güvənilən tərəfdaş və […]
Daha ətraflı

Ulu öndər Heydər Əliyevin məzarı ziyarət olunub

Mayın 8-də “Aqro-Vest DC” MMC-nin kollektivi ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar I Fəxri Xiyabanı ziyarət edib. Tədbir iştirakçıları böyük dövlət xadiminin məzarı önünə gül dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra ümummilli liderin həyat yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı da ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Daha ətraflı

31 Mart Soyqırımını unutmuruq

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Ağsu, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi qaynaqlara əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına […]
Daha ətraflı

31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür

1918-ci il martın 31-də ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımdan 108 il ötür. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan ermənilər 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı qırğınlar həyata keçirdilər. Daha sonra Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında gerçəkləşdirməyə nail oldular. 1918-ci ilin mart […]
Daha ətraflı

“Aqro-Vest DC” MMC rəhbərliyinin Novruz təbriki

 Əziz həmkarlar, hörmətli “Aqro-Vest DC” MMC əməkdaşları! Sizi xalqımızın ulu bayramı – Novruzun gəlişi münasibətilə ürəkdən təbrik edirik! İllərdir ki, “Aqro-Vest DC” MMC kollektivi olaraq Novruz Bayramını birlikdə qarşılayırıq. Novruzun ən gözəl cəhətlərindən biri bayramlaşmaqdır. Bu isə onun lap qədimdən əsl sosiallaşma bayramı olduğunu göstərir. Novruz təbiətin dirilməsi, ruhun yenilənməsi bayramıdır. İnsan bu yenilənməni təbiətdə […]
Daha ətraflı

Xocavəndli şəhid ailələrinə bayram sovqatı verilib

“Aqro-Vest DC” şirkəti  Qızıl Aypara Cəmiyyətinin  (QAC) Xocavənd rayon bölməsi ilə birlikdə Novruz və Ramazan bayramları münasibətilə adıçəkilən rayonda yaşayan bir qrup şəhid ailəsinə bayram sovqatı veriblər. QAC-ın Xocavənd rayon bölməsinin rəhbəri Samirə Zamanova əməkdaşlarıyla rayonda məskunlaşan şəhid ailələrini ziyarət edib, onlarla bayramlaşıblar. Ziyarət zamanı bildirilib ki, şəhid ailələrinə diqqət və qayğı göstərmək hər birimizin […]
Daha ətraflı

Ramazan bayramınız mübarək

Hörmətli  “Aqro-Vest DC” MMC-nin əməkdaşları! Sizi dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirik! Müsəlmanlar bu bayramı yüzillərdir İslam dünyasında, eləcə də ölkəmizdə qeyd edirlər. Bu müqəddəs ay hər bir müsəlmanın öz nəfsinə hakim olması, nöqsanlarından qurtulması yolunda acılara dözməsi, bunun üçün çalışması, özünü kamilləşdirməsi, Allaha həsr etməsi ayıdır. Ramazan bir aylıq oruc və ibadətdən […]
Daha ətraflı

“Aqro-Vest DC” MMC Rusiyanın “NP “Konfil” şirkətinin rəsmi distribüteri oldu

Azərbaycanın “Aqro-Vest DC” şirkəti bu ilin əvvəlindən Rusiyanın qənnadı sahəsində tanınmış müəssisələrindən olan “NP “Konfil” Açıq Səhmdar Cəmiyyətilə (ASC) əməkdaşlıq haqqında müqavilə imzalayıb. Müqaviləyə əsasən, “Aqro-Vest DC” şirkəti ölkəmizdə “NP “Konfil” ASC-nin rəsmi distribüterliyini həyata keçirəcək. ASC müxtəlif seqmentlər üzrə məhsullar istehsal edir. Bura konfet-karamellər, şokoladlar, vaflilər, vafli-tortlar,   zefir-marmeladlar, şokolad qlazurunda meyvələr, hədiyyəlik qutu və […]
Daha ətraflı