Komandamız

Hər bir müəssisənin dayanıqlılığı və inkişafı məhz onun komandasında olan mütəxəssislərdən asılıdır. “Aqro-Vest DC” MMC komandasının üzvləri ixtisaslı mütəxəssislər, istedadlı gənclərdən ibarət bir kollektivdir. Şirkət əməkdaşların potensialını inkişaf etdirməyə, peşə və bacarıqlarının artırılması imkanını verir. Heyətimiz üçün ardıcıl olaraq daxili korporativ tələb və mövcud bazar tələbatına uyğun təlimlər keçirilir. Biz məşğulluğun təmin olunması istiqaməti üzrə dövlət planının konsepsiyasını rəhbər tutaraq, ölkəmizdə kadrların hazırlanmasına, inkişafına və məşğulluğun təmin olunmasına ciddi diqqət yetiririk.

Satınalma və planlama komandamız şirkətin uyğun kateqoriyada rentabelli, məhsullarının beynəlxalq sertifikatlarla öz keyfiyyətini təsdiq etmiş yeni partnyorların cəlb edilməsi, çoxillik müqavilələrin hazırlanması, həmin brendlərin daxili bazarda inkişafını və müştəri məmnuniyyətini, sadiqliyini təmin edir.

Bazarın təhlili və satış planlaşdırılması: bazar meyillərinin monitorinqi, tələbin proqnozlaşdırılması, satış həcmlərinin və inkişaf strategiyalarının planlaşdırılması.

Marketinq komandamız bazarda rəqibləri təhlil etmək, istehlakçı tələbatını müəyyənləşdirmək və hədəf auditoriya ilə məharətlə ünsiyyət qurmaq üçün çalışır.  Bu yolda qoyulmuş hədəfə çatmaq üçün marketoloqlarımız biznesin inkişafı qarşısında duran problemləri həll etməyə ardıcıl təşəbbüs göstərirlər.

Kommersiya komandamız distribütör şirkətində satışların idarə edilməsi, alışların təşkili və ümumi kommersiya əməliyyatlarını həyata keçirir. Bundan başqa məhsulun müştərilərə çatdırılması prosesinin təşkili və idarə edilməsi, distribütörlər və son istehlakçılarla iş, kommersiya təkliflərinin hazırlanması, eləcə də məhsulların qiymətlərinin təyin edilməsi, bazarın və rəqiblərin təhlilinin aparılması, mənfəətin artırılması üçün strategiyaları işləyb hazırlayır.

 Satış komandası daxili bazarda bütün satış kanallarında çalışdığımız satış nöqtələrini həftəlik ziyarət edərək, dağıtım və satışını həyata keçirdiyimiz məhsulların sifarişini qəbul edir. Məhsulların rəflərdə saxlanma şəraitinə nəzarət edir, həmçinin FİFO və merçendayzinq qaydalarına uyğun sərgilənməsini gerçəkləşdirir.

Müasir beynəlxalq tələblərə cavab verən logistika infrastrukturumuz məhsulların spesifikasiyalarına uyğun qəbulu, saxlanması və paylanmasını yüksək səviyyədə həyata keçirir. Müştərilərimizdən qəbul olunan sifarişlərin Azərbaycan daxilində bütün satış nöqtələrinə maksimum 24 saat müddətində çatdırılması təmin edilir.

Maliyyə-mühasibatlıq komandası şirkətin maddi və qeyri-maddi kapitalının düzgün idarə edilməsini, şirkətin investisiya qoyuluşundakı rentabellik, risklərin ölçülməsini, həmçinin bütün vəsait və hesablaşmaların uçotunu həyata keçirir.

İnformasiya texnologiyaları komandası şirkətin avtomatlaşdırılmış sistemlərinin, eləcə də şirkətin digər informasiya sistemlərinin davamlı fəaliyyətini təmin edir, biznes xərclərinin azaldılması, müasir tələbata uyğun texnologiya və proqramlaşdırmanı həyata keçirir, informasiya təhlükəsizliyini təmin edir.

Təftiş və audit komandası şirkətin əməkdaşlıq etdiyi satış nöqtələrində hesablaşmaların, həmçinin şirkətin satdığı məhsullarının rəflərdə sərgilənməsinin, keçirilən ticari-marketinq aksiyalarının düzgün tətbiqinə nəzarət edir. Şirkətin anbar və ofislərində olan maddi vəsaitlərin invertizasiyasını həyata keçirir.

İşə qəbul komandamız şirkətə daim müvafiq sahələrə ən uyğun mütəxəssisləri cəlb edir. İnsan resursları komandası əməkdaşların peşə və bacarıqlarının artırılması, karyera yüksəlişi istiqamətində daim təlimlər, seminarlar keçirir. Şirkət əməkdaşlarının sosial-mədəni rifahının daim yüksək tutulması yönündə kollektiv mədəni tədbirlər təşkil edilir.

Keyfiyyət şöbəsi şirkətin prosedur və daxili normativ sənədlərin hazırlanmasını təmin edir, müvafiq surətdə təyin olunan qaydalara riayət edilməsinə nəzarət edir.

Şirkətin satışını həyata keçirdiyi məhsulların bütün mərhələlərdə: anbara qəbulu, anbarda saxlanılması, satış nöqtələrinə daşınması zamanı mövcud standartlar və müştərilərin tələblərinə cavab vermək üçün keyfiyyətə nəzarət üzrə işlərin təşkilini həyata keçirir.