Partnyorlar

Starodvorye
Starodvorye

“Starodvorye ət emalı” müəssisəsi 2004-cü ildə qurulmuşdur. Hazırda Rusiyada ilk beşlikdədir.  Starodvorski, Vyazanka, Slavnitsa, Vıqodnaya Tsena kimi brendləri mövcuddur. Starodvorskie kolbasa məhsulları Rusiyanın 38-dən çox bölgəsində satılır. 2019-cu ildən Azərbaycan bazarına idxal edilir.

Sibirskaya beloçka
Sibirskaya beloçka

Fabrik 1997-ci ildə Rusiyanın Omsk vilayətində istehsala başlamışdır.Qənnadı məhsulları istehsalına görə Rusiyanın aparıcı fabriklərindən biridir.Fabrikin missiyası daim müştəri tələbatlarına uyğun məhsullar istehsal etməkdir.

Sovetskiy Maslozavod
Sovetskiy Maslozavod

15 ildən çox fəaliyyət göstərən “Sovetsky Maslozavod” fabriki  yüksək dərəcəli rafinə dezodorasiya və rafinə olunmamış ,həmçinin bol miqdarda E vitamin tərkibli günəbaxan yağları istehsal edir.

SPP Yuq
SPP Yuq

"Selskoxozyaystvennoe proizvodstvennoye predpriyatiye Yuq" MMC 25 ildən artıqdır ki, fəaliyyətini davam etdirir. Fabrikin təcrübəsi ildən-ilə artır və istehsalat dairəsi genişlənir. Fabrik əsas qida istehsalçılarından biridir.

San Slavia
San Slavia

"SAN SLAVIA SC" MMC bir içki istehsalı şirkətidir. İstehsalat unikal ekoloji kurort zonası olan Qafqaz Mineral Suları ərazisində yerləşir. Şirkətin istehsalat bazası müasir avadanlıqla təchiz olunmuşdur. İstehsalatda yalnız təbii inqredentlərdən istifadə edilir və içkilər üçün su bir neçə dəfə ultra təmizləyici filtrlərdən keçirilir.

Saritsino
Saritsino

"Saritsino" şirkətlər qrupu 1970-ci ildə təsis olunmuşdur. "Saritsino" şirkətlər qrupu kolbasa və ət məhsullarının istehsalı ilə məşğul olan 3 zavoddan ibarət yüksək texnoloji müəssisədir.İstehsal edilən məhsullar çeşidi 500-dən çox adı əhatə edir.

Tessi Food Prodakts
Tessi Food Prodakts

"TSC" (The Chilled Snack Company) şirkəti soyuq qəlyanaltıların hazırlanması, istehsalı və satışı üzrə ixtisaslaşmış beynəlxalq şirkətdir. Ən yaxşı inqrediyentlər, unikal və özünü doğrultmuş reseptlər, çoxsaylı sertifikatlarla təsdiqlənmiş ən yüksək keyfiyyət standartları dünyanın bütün guşələrində tanınmasına imkan yaradıb. Partnyorları pərakəndə satış şəbəkələrinin liderləri, FMCG və süd məhsulları istehsalçıları, bu bazar seqmentində ən yüksək göstəricilərə nail olan böyük distribüterlərdir.

Ukr Kapital treyd
Ukr Kapital treyd

Fəaliyyətinin ilk günündən “UkrCapital Trade” üçün əsas prinsiplər keyfiyyətə və maksimum nəticə əldə etməyə xüsusi nəzarət, daim irəliləmək istəyi olmuşdur.

7 Utra
7 Utra
"7 Utra" MMC — dinamik inkişaf edən süd məhsulları istehsalçısıdır. 1996-cı ildə yaranan şirkət qısa müddət ərzində məhsullarının keyfiyyəti ilə istehlakçıların rəğbətini qazanıb. Yağlar, spredlər, kolbasnıy pendir və əridilmiş pendirlər istehsalı üzrə ixtisaslaşıb. Azərbaycan alıcıları, "Voloqodskaya ekstra", "Burenkin Luq" kimi məhsullarını həvəslə istifadə edirlər.
Yantar
Yantar

"Yantar" əridilmiş pendiri resepturası hələ 1965-ci ildə Sovet İttifaqında işlənib hazırlanmışdır. Çoxumuz onun dadını uşaqlığımızdan tanıyırıq. "Yantar" əridilmiş pendiri xüsusi əridici duz əlavə edilməklə yüksək keyfiyyətli qursaq pendir, yağ və qaymaqdan hazırlanır.

AZ EN RU