Partnyorlar

AVK
AVK

AVK - qənnadı məmulatları istehsalına görə, Ukraynanın 3 əsas fabrikləri sırasına daxildir. Fabrik əsasən şokolad, konfet, peçenye, jele-konfet və digər şirniyyat məhsullarını ən yüksək keyfiyyətdə istehsal edir.

Dubnomoloko
Dubnomoloko

Unikal “Komo” pendirləri istehsal edən “Dubnomoloko” pendir fabriki Ukraynanın ən böyük müəssisələrdən biridir. Zavodda bərk və emal olunmuş pendirlərin istehsalı üçün ən müasir avadanlıq quraşdırılıb, bütün mərhələlər avtomatlaşdırılıb. Bunun sayəsində şirkət hər il unikal reseptlər üzrə 15 milyon kq-dan çox sərt pendir və 4 milyon kq. emal olunmuş pendir istehsal edilir.

Xarkovskaya Biskvit -Şokolad
Xarkovskaya Biskvit -Şokolad

Ukraynanın ən böyük qənnadı müəssisələrindən biri olan "Biskvit-Şokolad" korpariyası - 2004-cü ildə yaradılıb, 1896-cı ildə qurulan ən qədim qənnadı zavodu "Xarkovçanka" və 1935-ci ildə yaradılan Xarkov biskvit zavodunu özündə birləşdirir.

Avstriya, İtaliya, Almaniya, Çexiya və Niderlandiya kimi ölklərin aparıcı şirkətlərinin müasir avadanlıqları, yüksək texnologiya, mükəmməl sabit keyfiyyət və ən yaxşı reseptlərə uyğunluq, orijinal məhsulların yaradılması üzrə daimi iş şirkətə istehlakçıların layiqli tanınması və etimadını qazanmasına imkan vermişdir.

Biskvit-Çikolatalı korporasiya məhsullarının keyfiyyətinin yüksək göstəricilərini dəfələrlə ən prestijli beynəlxalq sərgilərdə - ISM (Köln, Almaniya), FMI (Çikaqo, ABŞ), SIAL Çin (Şanxay, Çin) "SIAL Paris" (Paris, Fransa) sübuta yetirmişdir.

Hal-hazırda, "Biskvit-Şokolad" Korporasiyası istehsal həcmləri baxımından Ukraynada ikinci ən böyük qənnadı məmulatları istehsalçısıdır və məhsullarını dünyanın 40-dan çox ölkəsinə ixrac edir.

Lukas
Lukas

"Lukas" istehsal ticarət şirkəti 1995-ci il də Ukrainanın Kremençuq şəhərində ailə biznesi kimi təsis edilmişdir."Lukas"TM məhsullarının çeşidinə 100-dən çox ad daxil edilir.Həmin məhsullar qat-qat, kövrək xəmiri, konfet və tortdan ibarətdir.Bütün şirniyyat məmulatları əsasən Ukraina istehsalı olan yüksək keyfiyyətli xammaldan hazırlanır."Lukas"TM qat-qat xəmirdən məhsul istehsalçıları arasında bir qabaqcıl şirkətdir.Çox gözəl dad,daimi keyfiyyət, xoşagələn xarici görünüş və münasib qiymət-məhz buna görə"Lukas"TM məhsulları nəinki Ukrainada, hətta onun hüdudlarından kənarda da tanınaraq sevilmişdir.

Lyusdorf
Lyusdorf

“Lyustdorf” MMC Ukraynanın ən böyük süd məhsulları istehsalçılarından biri olan müasir bir dinamik şirkətdir. 20 ildən çoxdur ki, Lyustdorf öz məhsullarını yüksək səviyyədə təqdim edir, bazarda lider mövqelərini və müştəri sadiqliyini qoruyur.

Posolstvo Vkusnoy Yedı
Posolstvo Vkusnoy Yedı

"Posolstvo Vkusnoy Yedı" TD MMC - 2002-ci ildən etibarən Rusiya unlu qənnadı məmulatıları bazarında özünü təqdim etmiş bir özəl ticarət müəssisəsidir. Məhsullar"Posolstvo vkusnoy yedı"ticarət nişanı altında istehsal edilir.

Roshen konditerskaya fabrika
Roshen konditerskaya fabrika

Bu gün Vinnitsa qənnadı fabriki “ROSHEN” Ukrainanın qənnadı müəssisələri arasında liderlərdən biridir. Zavodda 1500-dən çox işçi çalışır. Ümumi həcmi ildə 100 min tondan çox olan müasir yüksək məhsuldar avadanlıqlarda (Almaniya, İtaliya və Çexiya avadanlıqları) 200-ə yaxın növdə qənnadı məmulatı istehsal olunur.

Ukr Kapital treyd
Ukr Kapital treyd

Fəaliyyətinin ilk günündən “UkrCapital Trade” üçün əsas prinsiplər keyfiyyətə və maksimum nəticə əldə etməyə xüsusi nəzarət, daim irəliləmək istəyi olmuşdur.

AZ EN RU