1995-ci ildə əsası qoyulmuş "Ləzzət Qida Sənaye"
Məhdud Məsuliyyətli Cəmiyyət iki əsas istiqamətdə - gündəlik tələbat mallarının
topdan satışı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərir. Qənd
istehsalı, çərəz və dənli malların emalı və qablaşdırılması sahəsində
istehlakçıların maraq və tələbatlarını müvəffəqiyyətlə təmin edən şirkət, həmçinin
Rusiya, Almaniya, Türkiyə, Gürcüstan, Çin, Ukrayna, BƏƏ, Hindistan və digər ölkələrdən
olan 50-dən artıq istehsalçı firma ilə əməkdaşlıq edərək uğurlu distributorluq
fəaliyyəti həyata keçirir.