Azov şirniyyat
fabriki Rusiyada ən iri kozinak, halva, Şərq şirniyyatı və təbii şirniyyat məmulatları
istehsalçılarından biridir. Müəssisə tarixi iyirminci əsrin 90-cı illərin
sonundan başlayır.
BKK "Kolomenskoye" 1956-cı
ildən fəaliyyət göstərir. Hal-hazırda fabrik un məmulatları və qənnadı məhsullarının
istehsalı üzrə Moskva bazarında lider mövqe tutur. İllər ərzində sübut edilmiş
təcrübəyə əsaslanaraq şirkət uğurla inkişafını davam etdirir. Müasir avadanlıq
və yeniliklərin istifadəsi Kolomensky BKK-nın Rusiya və MDB-də ən əhəmiyyətli
un məmulatları məhsulları və vaflili tort istehsalçılarından birinə çevrilməsinə
imkan verdi.
"Damate" şirkətlər
qrupu (GC "Damate") Rusiya kənd təsərrüfatı holdinqi, niş ət bazarı
üzrə kateqoriyalı ekspertdir. Şirkətin portfelində hinduşka, ördək, quzu kimi ət
növlərinin istehsalı üzrə layihələr var. Bundan əlavə, Damate südçülük, süd
emalı və genetikanı inkişaf etdirir.
“Dımov” fabrikinin əsası 2001-ci ildə qoyulmuşdur. Moskvadakı müəssisənin ümumi istehsal həcmi, aylıq 1600 ton təşkil edir. Krasnoyarskidəki müəssisənin isə, aylıq istehsal həcmi 600 tondur. Əsasən fabrik kolbasa, sosiska, sardelka və digər ət məhsulları istehsalı ilə ixtisaslaşıb. 2019-cu ildən fabrikin məhsulları Azərbaycan bazarına idxal edilir.
“Dadya Vanya” hər il məhsul xəttini genişləndirir və
portfelində 100-ə yaxın məhsul adı var.Brendin çeşidi çox müxtəlifdir-marinə
edilmiş tərəvəzlər,tərəvəz qəlyanaltıları,souslar,hazır nahar yeməkləri və daha
çox.
<< Dubki >> ət
emalı zavodu 2001-ci ildə Saratov vilayətinin eyni adlı kəndində
yaradılmışdır.Ölkənin ən böyük ət emalı müəssisələrindən biridir.İstehsal həcminə
görə, Rusiya ət emalı zavodları arasında üç liderdən biridir.Gündəlik istehsal
350 tona yaxındır.Zavodun məhsulları dörd ticarət nişanı - alt brend ilə təmsil
olunur: Dubki, Vişnyovıy Dım, Russkiye Kolvası və Edinıy Standart.
"Efko" şirkətlər qrupu Rusiyanın ən
qabaqcıl yağ istehsalçısıdır. Şirkətin,əsasən sənaye tipli istehsal etdiyi
yağları şirniyyat,çörək və digər qida istehsalı sahələrində istifadə olunur. Bundan
əlavə şirkət mayonez, ketçup və bitki yağları da istehsal edir. "Efko"
Azərbaycanda "Sloboda", Daçnoe və "Altero" brendləri ilə təmsil
olunur.
Campina — qida və əczaçılıq sənayesi (süd,yoqurt məhsulları,desert,qaymaq,pendir və s.) üçün ən yeni inqrediyentlərin,həmçinin süd istehlak məhsulların istehsalı sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir.
Əsas brendləri: “Campina Fruttis”, “Campina Nejnıy”,
Campina desertləri - "Campina Pudd Dis", "Campina Piruet",
"Campina Detskiy".
“Gustus Corporation” Rusiya Federasiyasında 2012-ci
ildə qurulmuşdur. Missiyası keyfiyyətə uyğun əlverişli qida məhsulları yaratmaq
və maksimum alıcıya çatdırmaqdır. Çeşidlərə öz markaları altında istehsal
olunan meyvə suları, tərəvəz və meyvə konservləri daxildir.
“Lambweston” qida sektorunda, xüsusilə
fransızsayağı kartof kimi donmuş qida sektorunda dünyanın ən nəhəng şirkətləri
sırasında ön yer tutur.